12px13px15px17px
Tarix:13/08/14

Yerli provayder abunə haqlarını dəyişdirmədən internetə qoşulma sürətini artıracaq

İnternet provayderi “Ailə NET” sentyabr ayının 15-dən  minimal internet qoşulmanın sürətini 5 mb/s-ə qaldırır. Bu zaman aylıq abunə haqları dəyişməz qalacaq.
 
“Caspian Telecom”-un Mətbuat xidmətindən bildirilib ki, xüsusi tariflərə əsasən abunəçilər 5 mb/s internetə görə aylıq 13 manat ödəyəcəklər: “Hal-hazırda ən son texnologiyalardan istifadə edən şirkət abunəçilərə 100 mb/s-dək internet qoşulma təklif edir.
 
Eyni zamanda “Ailə NET” əhatə dairəsinin genişləndirilməsi istiqamətində də işlər aparır. Görülən işlərin nəticəsi olaraq internet provayderin əhatə dairəsinə Bakı şəhərinin Xətai, Nizami, Nərimanov, Binəqədi, Nəsimi, Suraxanı rayonları, o cümlədən Hövsan qəsəbəsi, Sabunçu rayonun Bakıxanov qəsəbəsi, Səbail rayonunun bir hissəsi, eləcə də Gəncə şəhəri, o cümlədən Yeni Gəncə qəsəbəsi də əlavə olunub”.
 
 
Qeyd edək ki, “Caspian Telecom” şirkətinin brendi olan “Ailə NET” internet provayderi 2011-ci ildən fəaliyyət göstərir və Azərbaycanda fiber-optik şəbəkələrin və internet xidmətlərinin inkişafı, genişlənməsi və təkmilləşdirilməsi istiqamətində müxtəlif layihələrin reallaşdırılması işlərini öz üzərinə götürüb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 758

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024