12px13px15px17px
Tarix:14/08/14

Yeni “3D” animasiya filmi çəkiləcək

 Bütün dünyada uşaqların marağını özünə çəlb edən “3D” animasiya filmlərinin Azərbaycanda da çəkilməsinə başlanılıb.
 
“Cırtdan və sehrli xalat” adlı yeni “3D” animasiya filmini “3Dost” animasiya studiyası ərsəyə gətirəcək.
 
Bu barədə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası məlumat yayıb.
 
Məlumatda bildirilir ki, animasiya filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırlanır. Filmin ideya müəllifi Müşfiq Hətəmov, ssenari müəllifləri Yusif Şeyxov və Kənan Yusifov, rejissorları Rəşad Əfəndiyev və Yusif Qabilovdur.
 
 
Səkkiz personajlı animasiya filmində əsas mövzu müasir dövrdə yaşayan yeniyetmə Cırtdanın özünün də gözləmədiyi halda keçmişə düşməsi və çox təhlükəli macəralara qoşulmasıdır. Onu da qeyd edək ki, xronometrajı 14 dəqiqə olacaq filmin bir ilə hazır olması planlaşdırılır.
 
 
SEYMUR
 



Baxış sayı: 982

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024