Tarix:14/08/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan "CEBIT Bilişim-2014" qlobal konfransı sentyabrın 11-14-də İstanbulda keçiriləcək.
Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə dövlət və özəl qurumların nümayəndələri daxil olacaq.
Tədbirdə 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlərin, birgə "B2B" tədbirlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi nəzərdə tutulur.
Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz məlumat və s. olacaq.
Aynur Vəliyeva
Azərbaycan “CEBIT Bilişim-2014” konfransında geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunacaq
Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi geniş nümayəndə heyəti ilə Türkiyədə keçiriləcək "CEBIT Bilişim-2014" konfransında iştirak edəcək."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, Avrasiya ölkələri arasında ən böyük və əhəmiyyətli tədbirlərdən biri olan "CEBIT Bilişim-2014" qlobal konfransı sentyabrın 11-14-də İstanbulda keçiriləcək.
Azərbaycanı tədbirdə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədovun rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti təmsil edəcək. Nümayəndə heyətinin tərkibinə dövlət və özəl qurumların nümayəndələri daxil olacaq.
Tədbirdə 72 mindən çox peşəkar mütəxəssisin iştirakı gözlənilir. Tədbir çərçivəsində yüksək səviyyəli görüşlərin, birgə "B2B" tədbirlərin, tematik sessiyaların, təqdimatların keçirilməsi nəzərdə tutulur.
Sərgi-konfransın əsas müzakirə mövzuları informasiya texnologiyaları, telekommunikasiya, rəqəmli media və istehlakçı elektronikası, dünya üzrə tendensiyalar və innovasiyalar, "ağıllı" şəhər, "ağıllı" dövlət, "ağıllı" bələdiyyə, elektron hökumət həlləri, İT sahəsində qadınlar, məhdudiyyətsiz məlumat və s. olacaq.
Aynur Vəliyeva
Baxış sayı: 843
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır