12px13px15px17px
Tarix:14/08/14

“Amazon” smartfonlar üçün bank kartları oxuyucusu təqdim edib

"Amazon" şirkəti "Amazon Local Register" mobil ödəmə terminalını nümayiş etdirib. Ödəmə terminalı "Android" və ya "iOS" platforması ilə işləyən smartfon və ya planşetə birləşdirilir.

"ICTnews" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən bildirir ki, 10 dollarlıq qurğu kiçik biznes üçün nəzərdə tutulub: ABŞ-da kiçik mağaza, kafe və ya taksi sürücülərinə bank kartlarından ödənişləri qəbul etməyə imkan verəcək. Rider üçün mobil tətbiqi "Amazon Appstore", "Apple App Store" və ya "Google Play"dən ödənişsiz yükləmək mümkündür. "Amazon" riderdən istifadə etmək istəyən biznes təşkilatları saytda hesab yaratmalı, tətbiqi yükləməli və rideri satın almalıdır.

Satıcının riderin köməyi ilə qəbul etdiyi pul ya birbaşa onun bank hesabına, ya da "Amazon" hesabına oturur. 31 oktyabradək rideri satın almış istifadəçilər üçün 2016-cı ilin yanvarınadək xidmətin komissiyası hər əməliyyatdan 1,75% təşkil edəcək. Oktyabrdan sonra qeydiyyatdan keçmiş müştərilər 2,5% komissiya haqqı ödəməli olacaqlar.

"Amazon Local Register" hələ ki yalnız ABŞ-da əlçatandır.

Emil Hüseynov



Baxış sayı: 853

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024