12px13px15px17px
Tarix:14/08/14

“WeChat” onlayn messencerinin auditoriyası 438 milyona çatıb


"Tencent Technology" şirkəti 2014-cü ilin ikinci rübü üzrə maliyyə hesabatını dərc edib. Qeyd edək ki, Çinin "WeChat" onlayn messenceri ona məxsusdur.
 
"ICTnews" elektron xəbər xidməti "unian.net" saytına istinadən bildirir ki,  hesabata əsasən, "WeChat" messencerinin aylıq auditoriyası 438 milyon aktiv istifadəçidən ibarətdir. Xatırladaq ki, ötən rüb bu göstərici 396 milyon aktiv istifadəçi olub.
 
Bu göstərici ondan xəbər verir ki, "Tencent Technology" şirkətinin  messenceri populyar "WhatsApp" messencerinə yaxınlaşır. Xatırladaq ki, bu ilin aprelində "WhatsApp"ın aktiv istifadəçilərinin sayı 500 milyonu ötüb.
 
Emil Hüseynov
 



Baxış sayı: 905

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024