12px13px15px17px
Tarix:15/08/14

“Samsung” “ağıllı” ev texnologiyalarının istehsalçısını satın aldı

“Reuters” agentliyi yazır ki, “Samsung Electronics” şirkəti ev elektronikasını şəbəkəyə qoşmaq üçün texnologiyalar hazırlayan “SmartThings” startapını satın alıb. Sazişin dəyəri barədə məlumat verilmir.
 
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, iki il əvvəl təsis edilmiş “SmartThings” startapı indiyədək “PayPal”ın həmtəsisçisi Maks Levç, “Greylock” Fondu və Rusiyalı iş adamı Yuri Milnerdən 15,5 milyon məbləğində investisiya cəlb edib. Şirkətdə 55 əməkdaş işləyir.
 
“SmartThings” texnologiyaları ev elektronikasının mobil tətbiqdən idarəsinə imkan verir. Beləliklə, “Samsung” məişət texnikası, termostat, əyləncə ev qurğuları və sairənin internetə qoşulmasını nəzərdə tutan “əşyaların internet” seqmentində inkişaf edir. Cənubi Koreya şirkəti artıq internetə qoşulan məişət elektronikası istehsal edir.
 
“Gartner” analitik şirkətinin proqnozuna görə, 2020-ci ilədək “əşyaların internet” qurğu və xidmətləri bazarının həcmi 300 milyard dollara çatacaq və qurğuların sayı 26 milyardı ötəcək.
 
Emil Hüseynov
 

 
 



Baxış sayı: 944

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024