12px13px15px17px
Tarix:15/08/14

Azərbaycanda keçirilən “Yeni Fikir Müsabiqəsi 2014”-ün qalibi sentyabrda “Startup İstanbul”da iştirak edəcək

Azərbaycanda keçirilən "Yeni Fikir Müsabiqəsi 2014" (YFM) müsabiqəsində birinci yeri qazanmış "BethClip" layihəsi sentyabrın 30-da İstanbulda keçiriləcək "Startup İstanbul" mentorluq və təlim proqramında iştirak edəcək.
 
"Startup İstanbul"a 40-dan çox ölkə, 100-dən artıq startap, 200-dən artıq investor və 1000-dən çox iştirakçı qatılacaq.
 
Həmçinin tədbirdə Asiya və Avropanın aparıcı internet şirkətləri, biznes mələklər və müəssisələrin nümayəndələri iştirak edəcəklər.
 
 
Qeyd edək ki, YFM Azərbaycanda sahibkarlığın və sənayenin inkişafını dəstəkləmək, eləcə də  texnoparkda ekosistemin inkişaf etdirilməsi üçün  müxtəlif layihələr həyata keçirən "QUTechnopark"ın (Qafqaz Universiteti Texnoparkı – "http://qutechnopark.az") fəaliyyətlərindən biridir. YFM-in məqsədi gənclər arasında sahibkarlıq yanaşmasının inkişaf etdirilməsidir.
 
Müsabiqədə müxtəlif sahələr üzrə yeni iş fikirlərinin inkişafına dəstək verilir. YFM ildə bir dəfə keçirilir. Bu müsabiqədə  iş fikri ilə şirkətini qurmaq istəyən hər kəs iştirak edə bilir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 1152

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024