Tarix:16/08/14
“SABAH” qruplarına qəbul olan tələbələr 22 avqust 2014 tarixinədək saat 09:00 -dan 13:00 -a qədər Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. Naxçıvan ali təhsil müəssisələrindən “SABAH” qruplarına qəbul olmuş tələbələr qeydiyyat keçmək üçün Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinə müraciət edə bilərlər.
Nazirlikdən bildirilib ki, rus və ingilis dili bölmələri üzrə təhsil alan tələbələr ilkin olaraq “SABAH” qruplarında Azərbaycan bölməsi üzrə təhsillərini davam etdirmək istəkləri ilə bağlı razılıq ərizəsi yazmalıdırlar.
Oxşar ixtisaslar üzrə “SABAH” qruplarına müsabiqədə iştirak edib uğurlu nəticə qazanan tələbələr öz istəkləri ilə ödənişli əsaslarla ixtisaslarını dəyişdirə bilərlər.
Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, “SABAH” qruplarına 738 tələbə qəbul olunub. Qrupların Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən, 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılması nəzərdə tutulub. Müsabiqə prosesi üç mərhələdən – elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub. Elektron ərizələrin qəbulu “SABAH” qruplarının rəsmi saytı (“www.sabah.edu.az”) vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində aparılıb.
Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib. “SABAH” qruplarına test imtahanı 6 iyul 2014-cü il tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.
Nazirlik “SABAH” qruplarında 2014-2015-ci tədris ilində dərs demək üçün bir sıra fənlər üzrə müsabiqə də elan edib. Bu fənlər arasında “Ali riyaziyyat. İnformatika”, “Elektrotexnikanın nəzəri əsasları”, “Elektrik şəbəkələri və sistemləri”, “Elektrik maşınları”, “Təhsildə İKT. Ana dili” də var. Maraqlanan şəxslər öz CV-lərini 25 avqust 2014-cü il tarixədək “ilhama.rahimova@edu.gov.az” ünvanına göndərə bilərlər. “İqtisadi informatika”, “Sənayedə investisiya və innovasiya fəaliyyəti” fənləri ilə maraqlananlar isə CV-lərini avqustun 21-nə qədər təqdim etməlidirlər.
Həqiqət İSABALAYEVA
“SABAH” qruplarında informasiya texnologiyaları ixtisasları üzrə seçim edənlər üstünlük təşkil edir
2014-2015-ci tədris ili üzrə “SABAH” (Savadlı, bacarıqlı, hazırlıqlı) qruplarına qəbulun nəticələrinə görə, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” ixtisası üzrə 15, “Kompüter elmləri” ixtisası üzrə 30, “Elektronika, telekommunikasiya və radiotexnika mühəndisliyi” üzrə 11, “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə 24, “Fizika müəllimliyi” ixtisası üzrə 22, “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə 12 nəfər qəbul olunub.“SABAH” qruplarına qəbul olan tələbələr 22 avqust 2014 tarixinədək saat 09:00 -dan 13:00 -a qədər Təhsil Nazirliyində qeydiyyatdan keçməlidirlər.
Qeydiyyat üçün şəxsiyyət vəsiqəsi təqdim edilməlidir. Naxçıvan ali təhsil müəssisələrindən “SABAH” qruplarına qəbul olmuş tələbələr qeydiyyat keçmək üçün Naxçıvan Dövlət Universitetinin tədris şöbəsinə müraciət edə bilərlər.
Nazirlikdən bildirilib ki, rus və ingilis dili bölmələri üzrə təhsil alan tələbələr ilkin olaraq “SABAH” qruplarında Azərbaycan bölməsi üzrə təhsillərini davam etdirmək istəkləri ilə bağlı razılıq ərizəsi yazmalıdırlar.
Oxşar ixtisaslar üzrə “SABAH” qruplarına müsabiqədə iştirak edib uğurlu nəticə qazanan tələbələr öz istəkləri ilə ödənişli əsaslarla ixtisaslarını dəyişdirə bilərlər.
Təhsil Nazirliyi tərəfindən keçirilmiş müsabiqənin nəticələrinə əsasən, “SABAH” qruplarına 738 tələbə qəbul olunub. Qrupların Azərbaycanda fəaliyyət göstərən 34 ali təhsil müəssisəsinin birinci kurs tələbələrindən, 53 ixtisas üzrə müsabiqə yolu ilə formalaşdırılması nəzərdə tutulub. Müsabiqə prosesi üç mərhələdən – elektron ərizələrin qəbulu, test imtahanı və müsahibə mərhələsindən ibarət olub. Elektron ərizələrin qəbulu “SABAH” qruplarının rəsmi saytı (“www.sabah.edu.az”) vasitəsilə 12 may - 15 iyun 2014-cü il tarixlərində aparılıb.
Elektron müraciət edən 2479 tələbədən 2034-ü sənədini təsdiqləyib. “SABAH” qruplarına test imtahanı 6 iyul 2014-cü il tarixində Bakıda və Naxçıvan şəhərlərində eyni vaxtda keçirilib. Test imtahanında iştirak etmiş tələbələrin imtahan nəticələrinin yekun təhlili aparılarkən ixtisasların prioritetliyi nəzərə alınıb. Müsahibəyə buraxılmış 859 tələbədən 843 nəfəri müsahibədə iştirak edib.
Nazirlik “SABAH” qruplarında 2014-2015-ci tədris ilində dərs demək üçün bir sıra fənlər üzrə müsabiqə də elan edib. Bu fənlər arasında “Ali riyaziyyat. İnformatika”, “Elektrotexnikanın nəzəri əsasları”, “Elektrik şəbəkələri və sistemləri”, “Elektrik maşınları”, “Təhsildə İKT. Ana dili” də var. Maraqlanan şəxslər öz CV-lərini 25 avqust 2014-cü il tarixədək “ilhama.rahimova@edu.gov.az” ünvanına göndərə bilərlər. “İqtisadi informatika”, “Sənayedə investisiya və innovasiya fəaliyyəti” fənləri ilə maraqlananlar isə CV-lərini avqustun 21-nə qədər təqdim etməlidirlər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1176
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır