12px13px15px17px
Tarix:18/08/14

Yaponiya 2020-ci ilədək dünyada ilk dəfə “5G” rabitəsindən istifadə etməyə başlayacaq

Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri 2020-ci ilədək "5G" rabitə standartını hazırlamaq və istifadəyə vermək niyyətindədir. Bu barədə "The Yomiuri Shimbun" nəşri məlumat verib.
 
Qəzetin məlumatına görə, nazirlik planını 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində həyata keçirməyi nəzərdə tutur. Bildirilir ki, elmi işlərə çəkiləcək bütün xərclər 2015-ci il maliyyə büdcəsinə (1 aprel 2015-ci ildə başlayır) daxil ediləcək.
 
 Cari ilin sonunadək Yaponiya Daxili İşlər və Rabitə nazirlikləri, həmçinin ölkənin aparıcı telekommunikasiya şirkətləri, mobil operatorlar və elektronika istehsalçılarının nümayəndələrinin daxil olacağı xüsusi şura yaratmağı planlaşdırır, - "İTAR-TASS" www.itar-tass.com yazır.



Baxış sayı: 802

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024