Tarix:18/08/14
Belə ki, institutun Tədris-İnnovasiya Mərkəzində bununla bağlı tədris xidməti göstərilir. İTİ-nin məlumatına görə, mərkəzdə “Proqramlaşdırma dilləri”, “Şəbəkə texnologiyaları”, “Kompüter qrafikası və dizayn”, “Əməliyyat sistemləri və ofis proqramları”, “İnternetin xidmətləri”, “Magistraturaya hazırlıq”, “Dövlət qulluğuna hazırlıq”, “Mühasibatlıq”, “Proqram paketləri”, “E-dövlətin formalaşmasının əsasları”, “Gənc elmi işçilər üçün kurs”, “Elektron interaktiv lövhələr”, “Kompüter ustası kursu” istiqamətləri üzrə tədris təşkil olunur.
Qeyd edək ki, 2003-cü ildə yaradılan AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində dərslər müasir tələblərə cavab verən texniki avadanlıqla, müasir tipli kompüterlərlə təmin olunmuş auditoriyalarda keçirilir. Auditoriyalardakı kompüterlər arasında lokal şəbəkə yaradılıb və internetə çıxışı təmin edilib. Mərkəzdə dərslər İnformasiya Texnologiyaları İnstitutunun yüksək ixtisaslı mütəxəssisləri tərəfindən tədris olunur.
Tədris-İnnovasiya Mərkəzinin müəllimləri “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən bir sıra tədbirlərdə yaxından iştirak edirlər. 2004-cü ildən Tədris-İnnovasiya Mərkəzi ECDL (European Computer Driving Licence) tərəfindən verilən şəhadətnaməyə əsasən, Avropa standartları üzrə kompüter kurslarının tədrisi və online rejimində test imtahanlarının qəbulunu həyata keçirən sertifikatlaşdırılmış test mərkəzi statusu alıb.
Həqiqət İSABALAYEVA
İT biliklərini inkişaf etdirərək karyerasını dəyişdirmək istəyənlər Tədris-İnnovasiya Mərkəzinə müraciət edə bilərlər
İnformasiya texnologiyaları üzrə biliklərini inkişaf etdirərək karyerasını dəyişdirmək istəyənlər AMEA İnformasiya Texnologiyaları İnstitutuna (İTİ) müraciət edə bilərlər.Belə ki, institutun Tədris-İnnovasiya Mərkəzində bununla bağlı tədris xidməti göstərilir. İTİ-nin məlumatına görə, mərkəzdə “Proqramlaşdırma dilləri”, “Şəbəkə texnologiyaları”, “Kompüter qrafikası və dizayn”, “Əməliyyat sistemləri və ofis proqramları”, “İnternetin xidmətləri”, “Magistraturaya hazırlıq”, “Dövlət qulluğuna hazırlıq”, “Mühasibatlıq”, “Proqram paketləri”, “E-dövlətin formalaşmasının əsasları”, “Gənc elmi işçilər üçün kurs”, “Elektron interaktiv lövhələr”, “Kompüter ustası kursu” istiqamətləri üzrə tədris təşkil olunur.
Qeyd edək ki, 2003-cü ildə yaradılan AMEA İnformasiya Texnologiyaları İnstitutunun Tədris-İnnovasiya Mərkəzində dərslər müasir tələblərə cavab verən texniki avadanlıqla, müasir tipli kompüterlərlə təmin olunmuş auditoriyalarda keçirilir. Auditoriyalardakı kompüterlər arasında lokal şəbəkə yaradılıb və internetə çıxışı təmin edilib. Mərkəzdə dərslər İnformasiya Texnologiyaları İnstitutunun yüksək ixtisaslı mütəxəssisləri tərəfindən tədris olunur.
Tədris-İnnovasiya Mərkəzinin müəllimləri “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar həyata keçirilən bir sıra tədbirlərdə yaxından iştirak edirlər. 2004-cü ildən Tədris-İnnovasiya Mərkəzi ECDL (European Computer Driving Licence) tərəfindən verilən şəhadətnaməyə əsasən, Avropa standartları üzrə kompüter kurslarının tədrisi və online rejimində test imtahanlarının qəbulunu həyata keçirən sertifikatlaşdırılmış test mərkəzi statusu alıb.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 879
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır