12px13px15px17px
Tarix:18/08/14

Smartfon bazarının 20 yaşı tamam olub

16 avqust 1994-cü il tarixində ABŞ-da “IBM Simon Personal Communicator” yığcam qurğusunun satışına başlanılıb. Məhz bu aparat dünyanın ilk smartfonu hesab edilir.
 
“ICTnews” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, bu cihaz özündə mobil telefon, peycer, cib fərdi kompüteri və faks funksiyalarını birləşdirib, ölçüləri 20,3 x 6,4 x 3,8 sm, çəkisi təxminən 500 qram olub.
 
Klavişlə idarəetmə olmayıb, sensor ekranda stilusun köməyi ilə idarə olunub. Aparatın avtonom iş vaxtı 1 saata yaxın olub. Cihaz 1 MB əməli yaddaş və 16 MHs takt tezlikli “Vadem” prosessoru ilə təchiz olunub.
 
2 ildə 50 min “IBM Simon Personal Communicator” satılıb. Dünyanın ilk smartfonunun pərakəndə qiyməti 900 dollar olub. “Simon” layihəsi smartfon bazarının inkişafına öz töhfəsini verib.
1996-cı ildə “Nokia” şirkəti “QWERTY” klaviatura və daxili veb-brauzerlə təchiz edilmiş birinci smartfonunu buraxıb.
 
Emil Hüseynov
 




Baxış sayı: 746

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024