Tarix:19/08/14
Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) qeyd edilib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesinin elektronlaşdırılması istiqamətində atılmış mühüm addım özəlləşdirmə ilə bağlı hərraclarda elektron xidmətlərin tətbiqidir. Belə ki, artıq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlərin qəbulu elektron qaydada həyata keçirilir.
Tətbiq edilən müasir yanaşmaların və elektron xidmətlərin mahiyyəti dövlət əmlakının özəlləşdirilməsi prosesini tədricən elektronlaşdırmaq, vətəndaş-məmur ünsiyyətini maksimum azaltmaqdır. Bu isə nəticədə şəffaflığın yüksəlməsini, korrupsiya və digər neqativ halların qarşısının alınmasını təmin edir:
“Komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclara aiddir. Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarda iştirak üçün sifarişlər elektron qaydada verilir. Ümumilikdə, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirak üçün indiyədək 150-ə yaxın sifariş elektron şəkildə qəbul edilib, 300-ə yaxın əmlak elektron sifarişlər əsasında özəlləşdirilib”.
Bununla yanaşı, komitə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Dövlət Proqramının icrası, bu sahədə hüquqi təkmilləşdirmə və maarifləndirmə istiqamətində ardıcıl tədbirləri davam etdirir. Özəlləşdirmə prosesinin stimullaşdırılması və sürətləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Komitənin ötən il təsdiq olunmuş “2013-2017-ci illər üzrə Beşillik Strategiya Planı”nda bununla bağlı tədbirlər nəzərdə tutulub.
Nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı ətraflı təhlillər aparılır. Müəssisələrin fəaliyyətinin bərpası və inkişaf etdirilməsi üçün investisiyaların cəlb edilməsi məqsədilə addımlar atılır. Dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi işi təkmilləşdirilir: “2006-2014-cü illər ərzində 65 dövlət müəssisəsinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi təmin edilib.
Qeyd olunan dövrdə investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə 600 milyon manata yaxın investisiya qoyulub. Belə müəssisələrdə 8500-dən çox iş yeri açılıb. Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi, kiçik dövlət müəssisələri və obyektlərinin, yarımçıq tikililərin özəlləşdirilməsi ilə bağlı görülən işlər də sürətləndirilir. İcarəyə verilmiş qeyri-yaşayış sahələri üzrə icarə haqqı borclarının büdcəyə vaxtında ödənilməsi istiqamətində davamlı tədbirlər görülür. Bu il ərzində 400-ə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər özəlləşdirilib. 310-a yaxın qeyri-yaşayış sahəsi və 250-dən çox torpaq sahəsi icarəyə verilib. 300-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Özəlləşdirilmənin təşkili zamanı şəffaflığının artırılması, əhalinin bütün təbəqələrinin özəlləşdirmədə iştirakı üçün bərabər şəraitin yaradılması ilə əlaqədar lazımi işlər həyata keçirilir. Dövlət torpaqlarından qanunsuz istifadənin qarşısının alınması, müəssisə və obyektlərdə zəbtolunma, qanunsuz tikinti, yenidənqurma, quraşdırma işlərinin aparılması və digər neqativ halların baş verməməsi məqsədilə nəzarət-yoxlama tədbirləri icra olunur”.
Qeyd olunan bütün tədbirlər səmərəli, şəffaf və optimal əmlak idarəçiliyinin təmin edilməsi, şəffaf və sürətli özəlləşdirmə prosesinin həyata keçirilməsinə xidmət edir.
Həqiqət İSABALAYEVA
Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi ilə bağlı aparılan işlər genişləndirilir
Şəffaflığın və operativliyin artırılması məqsədi ilə dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi üzrə ardıcıl və fəal işlər davam etdirilir.Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) qeyd edilib ki, dövlət əmlakının özəlləşdirilməsi prosesinin elektronlaşdırılması istiqamətində atılmış mühüm addım özəlləşdirmə ilə bağlı hərraclarda elektron xidmətlərin tətbiqidir. Belə ki, artıq dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlərin qəbulu elektron qaydada həyata keçirilir.
Tətbiq edilən müasir yanaşmaların və elektron xidmətlərin mahiyyəti dövlət əmlakının özəlləşdirilməsi prosesini tədricən elektronlaşdırmaq, vətəndaş-məmur ünsiyyətini maksimum azaltmaqdır. Bu isə nəticədə şəffaflığın yüksəlməsini, korrupsiya və digər neqativ halların qarşısının alınmasını təmin edir:
“Komitənin elektron xidmətlər portalında 5 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclara aiddir. Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclarda iştirak üçün sifarişlər elektron qaydada verilir. Ümumilikdə, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirak üçün indiyədək 150-ə yaxın sifariş elektron şəkildə qəbul edilib, 300-ə yaxın əmlak elektron sifarişlər əsasında özəlləşdirilib”.
Bununla yanaşı, komitə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Dövlət Proqramının icrası, bu sahədə hüquqi təkmilləşdirmə və maarifləndirmə istiqamətində ardıcıl tədbirləri davam etdirir. Özəlləşdirmə prosesinin stimullaşdırılması və sürətləndirilməsi məqsədilə tədbirlər həyata keçirilir. Komitənin ötən il təsdiq olunmuş “2013-2017-ci illər üzrə Beşillik Strategiya Planı”nda bununla bağlı tədbirlər nəzərdə tutulub.
Nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərinin səhmlərinin özəlləşdirilməsi ilə bağlı ətraflı təhlillər aparılır. Müəssisələrin fəaliyyətinin bərpası və inkişaf etdirilməsi üçün investisiyaların cəlb edilməsi məqsədilə addımlar atılır. Dövlət müəssisələrinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi işi təkmilləşdirilir: “2006-2014-cü illər ərzində 65 dövlət müəssisəsinin investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilməsi təmin edilib.
Qeyd olunan dövrdə investisiya müsabiqələri vasitəsi ilə özəlləşdirilmiş müəssisələrə müqavilələr üzrə 600 milyon manata yaxın investisiya qoyulub. Belə müəssisələrdə 8500-dən çox iş yeri açılıb. Dövlət müəssisələrinin səhmdar cəmiyyətinə çevrilməsi, kiçik dövlət müəssisələri və obyektlərinin, yarımçıq tikililərin özəlləşdirilməsi ilə bağlı görülən işlər də sürətləndirilir. İcarəyə verilmiş qeyri-yaşayış sahələri üzrə icarə haqqı borclarının büdcəyə vaxtında ödənilməsi istiqamətində davamlı tədbirlər görülür. Bu il ərzində 400-ə yaxın kiçik dövlət müəssisə və obyekti, qeyri-yaşayış sahəsi və yarımçıq tikililər özəlləşdirilib. 310-a yaxın qeyri-yaşayış sahəsi və 250-dən çox torpaq sahəsi icarəyə verilib. 300-ə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Özəlləşdirilmənin təşkili zamanı şəffaflığının artırılması, əhalinin bütün təbəqələrinin özəlləşdirmədə iştirakı üçün bərabər şəraitin yaradılması ilə əlaqədar lazımi işlər həyata keçirilir. Dövlət torpaqlarından qanunsuz istifadənin qarşısının alınması, müəssisə və obyektlərdə zəbtolunma, qanunsuz tikinti, yenidənqurma, quraşdırma işlərinin aparılması və digər neqativ halların baş verməməsi məqsədilə nəzarət-yoxlama tədbirləri icra olunur”.
Qeyd olunan bütün tədbirlər səmərəli, şəffaf və optimal əmlak idarəçiliyinin təmin edilməsi, şəffaf və sürətli özəlləşdirmə prosesinin həyata keçirilməsinə xidmət edir.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 795
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır