12px13px15px17px
Tarix:19/08/14

Məktəb direktorlarına kompüter və təlim texnologiyaları üzrə təlimlər keçirilib

Məktəb direktorlarına kompüter və təlim texnologiyaları üzrə təlimlər keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) qeyd edilib ki, təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər, təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə yeniliklərin tətbiq olunması “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda əksini tapan başlıca prioritetlərdir.
 
 Bu prinsiplər məktəb idarəedənlərin üzərinə yeni vəzifələr qoyur. Dövlət Strategiyasına uyğun olaraq, Təhsil Nazirliyi ötən ilin noyabr ayında məktəb direktorlarının səriştəliliyinin və idarəetmə bacarıqlarının artırılması təlimlərinə başlayıb.
 
Təlimlərdə məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan şəxslər iştirak edib.
 
Təlimlərin keçirilməsində əsas məqsəd müasir idarəetmə bilik və bacarığına, strateji düşüncə tərzinə malik, zəruri pedaqoji və psixoloji bilikləri olan məktəb direktorları yetişdirməkdir. Təlimlər zamanı kompüter və təlim texnologiyaları ilə yanaşı, təhsildə keyfiyyətin idarəedilməsi, təhsilin hüquqi və peşə etikası, təhsildə statistika və təhlil, təhsildə liderlik və təşkilatçılıq, psixologiya və fərdi inkişaf, kurikulumun nəzəriyyəsi və tətbiqi, təhsildə maliyyənin idarəolunması, məktəb icması və ictimaiyyətlə münasibətlərin təşkili mövzuları tədris olunub.
 
İdarədən o da vurğulanıb ki, Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş təlimlərdən keçmiş 14 nəfər Bakı şəhərindəki məktəblərə direktor təyinatı alıblar.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024