12px13px15px17px
Tarix:19/08/14

“Google” uşaqların hesabına auditoriyasını artırmağı planlaşdırır

"Google"un qaydaları 13 yaşadək uşaqlara şirkətin xidmətlərindən istifadəni qadağan edir, ancaq yaxın vaxtlarda vəziyyət dəyişilə bilər. "The Information" resursu yazır ki, şirkət öz xidmətlərinin "uşaq" versiyalarının yaradılması üzərində işləyir.
 
"ICTnews" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, ABŞ qanunvericiliyinə əsasən, internet şirkətlər 13 yaşadək uşaqların öz xidmətlərindən istifadəsinə icazə vermək üçün onların valideynlərindən razılıq almalıdırlar. Əlbəttə ki bir çox uşaqlar qeydiyyat zamanı başqa yaş həddi seçərək bu məhdudiyyəti keçirlər. Bununla belə, bəzi valideynlər internetdən istifadəyə icazə vermirlər, çünki uşaqlarına görə narahatlıq keçirirlər.
 
Emil Hüseynov



Baxış sayı: 755

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024