Tarix:20/08/14
O, ABŞ sosial şəbəkəsini Avropa istifadəçilərinin fərdi məlumatlarının mühafizəsi haqqında qanunları pozmaqda ittiham edir. Məhkəmə iddiasında həmçinin qeyd olunur ki, şəbəkə istifadəçiləri gizlicə öyrənir, eləcə də onların internetdə hansı saytlara daxil olmasını izləyir. İddiaçının fikrincə, bu məlumatlar ABŞ Milli Təhlükəsizlik Agentliyinə “PRISM” proqramı çərçivəsində ötürülə bilər.
Qaldırılan iddia “Facebook”dan məhkəmə yolu ilə böyük məbləğdə kompensasiyanın alınması məqsədini güdmür və şirkəti xüsusi xidmət orqanları üçün fərdi məlumatlara çıxış qaydalarına yenidən baxmağa və informasiya mühafizəsi haqqında Avropa qanunlarına uyğun öz siyasətini dəyişməyə sövq etməyə yönəlib. Məhkəmə iddiaçıların xeyrinə qərar çıxarsa, on minlərlə iddiaçının hər biri 500 avro məbləğində kompensasiya alacaq ki, bunun da 20 faizini hüquqi xərclər təşkil edəcək. M.Şremsin özü isə iddianın nəticələrinə əsasən kompensasiya almayacaq.
Həmçinin məhkəmə iddialarını qanuni hesab etsə, “Facebook” onlara ümumilikdə 1,25 milyon avro ödəməli olacaq. Digər tərəfdən, sosial şəbəkə hüquqşünasları Avropada istifadəçilərin fərdi məlumatlarının mühafizəsi ilə bağlı məsələni yoluna qoymalıdırlar, - “Hi-Tech News” www.hi-news.ru yazır.
20 min avropalı məşhur sosial şəbəkəni məhkəməyə verib
İyirmi min Avropa sakini “Facebook” sosial şəbəkəsinə qarşı məhkəmə iddiası qaldırıb. Belə ki, dörd gün ərzində iddia müəllifi avstriyalı Maks Şrems öz ətrafında 20 min həmfikirini toplamağa nail olub.O, ABŞ sosial şəbəkəsini Avropa istifadəçilərinin fərdi məlumatlarının mühafizəsi haqqında qanunları pozmaqda ittiham edir. Məhkəmə iddiasında həmçinin qeyd olunur ki, şəbəkə istifadəçiləri gizlicə öyrənir, eləcə də onların internetdə hansı saytlara daxil olmasını izləyir. İddiaçının fikrincə, bu məlumatlar ABŞ Milli Təhlükəsizlik Agentliyinə “PRISM” proqramı çərçivəsində ötürülə bilər.
Qaldırılan iddia “Facebook”dan məhkəmə yolu ilə böyük məbləğdə kompensasiyanın alınması məqsədini güdmür və şirkəti xüsusi xidmət orqanları üçün fərdi məlumatlara çıxış qaydalarına yenidən baxmağa və informasiya mühafizəsi haqqında Avropa qanunlarına uyğun öz siyasətini dəyişməyə sövq etməyə yönəlib. Məhkəmə iddiaçıların xeyrinə qərar çıxarsa, on minlərlə iddiaçının hər biri 500 avro məbləğində kompensasiya alacaq ki, bunun da 20 faizini hüquqi xərclər təşkil edəcək. M.Şremsin özü isə iddianın nəticələrinə əsasən kompensasiya almayacaq.
Həmçinin məhkəmə iddialarını qanuni hesab etsə, “Facebook” onlara ümumilikdə 1,25 milyon avro ödəməli olacaq. Digər tərəfdən, sosial şəbəkə hüquqşünasları Avropada istifadəçilərin fərdi məlumatlarının mühafizəsi ilə bağlı məsələni yoluna qoymalıdırlar, - “Hi-Tech News” www.hi-news.ru yazır.
Baxış sayı: 676
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib