12px13px15px17px
Tarix:24/08/11

“Acer” şirkəti böyük zərərə məruz qalıb

Fərdi kompyuterlərin Tayvan istehsalçısı “Acer” şirkəti 2011-ci ilin 2-ci rübünün maliyyə nəticələrini elan edib. Nəticə proqnozlardan əhəmiyyətli dərəcədə aşağı olub.

Şirkətin aprel-iyun ayları ərzində xalis zərəri 243,32 milyon dollar təşkil edib, halbuki analitiklər 2 dəfə daha aşağı göstərici (113,9 milyon dollar) proqnozlaşdırırdılar.

“Acer” şirkətinin zərərləri ötən rübdə Avropa kanallarının təmizlənməsinə 150 milyon dollar və Avropa bölməsinin yenidən təşkil edilməsinə isə 30 milyon dollar vəsaitin xərclənməsi ilə şərtləndirilib. Bundan başqa, dünyadakı iqtisadi vəziyyətin qeyri-stabilliyi də şirkətin maliyyə vəziyyətinə təsir edib.



Baxış sayı: 1907

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024