Tarix:21/08/14
Ştat qubernatoru Cek Markell tərəfindən imzalanan qanunda göstərilir ki, istifadəçinin vəsiyyətinin həyata keçirilməsinə məsul olan hüquqşünas ailənin müəyyən üzvünə onun elektron poçtuna, sosial şəbəkə hesablarına, servis abunələrinə, “bulud” saxlanclarına və internetdə yerləşdirilən digər məlumatlara çıxışa imkan yarada bilər.
Eyni zamanda, “The Wall Street Journal” nəşri qeyd edir ki, yeni qanun ABŞ federal qanunvericiliyinin normaları ilə ziddiyyət təşkil edə bilər. Belə ki, 1986-cı ildə qəbul olunmuş qanun istifadəçilərin elektron rabitəsini təmin edən şirkətlərə məlumat sahibinin razılığı və ya hakimiyyətin qərarı olmadan məlumatların açıqlanmasını qadağan edir.
Qeyd edək ki, artıq bir sıra onlayn servislər fərdi məlumatlardan istifadə siyasətində vəfat etmiş istifadəçilərin hesablarının işi ilə bağlı məsələni nəzərə alır. Dünyasını dəyişən istifadəçinin ailə üzvləri “Google”, “Twitter” və “Facebook” şirkətlərinin inzibatçılarına müvafiq sənədləri təqdim etməklə onun hesablarını deaktiv etmək xahişi ilə müraciət edə bilərlər. Lakin servislər əksər hallarda bilavasitə hesab məlumatlarına çıxışa imkan vermirlər, - “Lenta” www.lenta.ru yazır.
ABŞ-da insanın vəfatından sonra internetdə yerləşdirilən məlumat hesablarının varislik hüququ haqqında qanun qəbul edilib
ABŞ-ın Delaver ştatı insanın vəfatından sonra onlayn servislərdə və internetdə yerləşdirilən məlumat hesablarının varislik hüququ haqqında qanun qəbul edərək presedent yaradıb. Bu barədə qanunun internetdə yerləşdirilən mətnində deyilir.Ştat qubernatoru Cek Markell tərəfindən imzalanan qanunda göstərilir ki, istifadəçinin vəsiyyətinin həyata keçirilməsinə məsul olan hüquqşünas ailənin müəyyən üzvünə onun elektron poçtuna, sosial şəbəkə hesablarına, servis abunələrinə, “bulud” saxlanclarına və internetdə yerləşdirilən digər məlumatlara çıxışa imkan yarada bilər.
Eyni zamanda, “The Wall Street Journal” nəşri qeyd edir ki, yeni qanun ABŞ federal qanunvericiliyinin normaları ilə ziddiyyət təşkil edə bilər. Belə ki, 1986-cı ildə qəbul olunmuş qanun istifadəçilərin elektron rabitəsini təmin edən şirkətlərə məlumat sahibinin razılığı və ya hakimiyyətin qərarı olmadan məlumatların açıqlanmasını qadağan edir.
Qeyd edək ki, artıq bir sıra onlayn servislər fərdi məlumatlardan istifadə siyasətində vəfat etmiş istifadəçilərin hesablarının işi ilə bağlı məsələni nəzərə alır. Dünyasını dəyişən istifadəçinin ailə üzvləri “Google”, “Twitter” və “Facebook” şirkətlərinin inzibatçılarına müvafiq sənədləri təqdim etməklə onun hesablarını deaktiv etmək xahişi ilə müraciət edə bilərlər. Lakin servislər əksər hallarda bilavasitə hesab məlumatlarına çıxışa imkan vermirlər, - “Lenta” www.lenta.ru yazır.
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib