Tarix:22/08/14
“Orada birinci Avropa Oyunları ilə əlaqədar bütün məlumatlar təzələnir. Siz Azərbaycanın bolluq və sağlamlıq rəmzi olan nar ağacını əks etdirən parlaq, təzə “Bakı 2015” brendini aşkar edəcəksiniz. Ağac budaqları ilə çulğaşanlar Azərbaycan irsi və mədəniyyətinin rəmzləri ilə birlikdə müxtəlif idman növlərinin gözoxşayan qrafik təsvirləridir və onlar Avropa Oyunlarında nümayiş etdiriləcək. Bütün idman növləri, atletlərin profilləri və “Bakı 2015” üçün hazırlıqlar haqqında müstəsna məlumatlar tezliklə bu saytda əksini tapacaq. Oyunların mahiyyətini başa düşməkdə sizə kömək etmək məqsədilə yarış ərzində yayımlanan idman növlərinin hər biri ilə bağlı təlimatları, faktları və rəqəmləri müfəssəl şəkildə açıqlayacağıq. Daha çox sosial media mesajları da olacaq və onlarla tanış olmaq üçün “Facebook”, “Twitter” and “Google+”da olan səhifələrimizi izləyə bilərsiniz. Eyni zamanda bu hesablarda Azərbaycan və Avropanın idman azarkeşləri ilə söhbətə qoşula, söhbət edə bilərsiniz”.
Həmçinin qarşıdakı aylarda saytda biletlərin nə zaman və haradan əldə olunacağı ilə bağlı məlumatlar yerləşdiriləcək: “Birinci Avropa Oyunlarında yarışları canlı izləyə biləcəyiniz məkan haqqında da məlumatlar veriləcək.
Bundan başqa, saytın “Azərbaycan haqqında” bölməsində ölkəmiz, o cümlədən ilk Avropa oyunlarının məkanı olan Bakı haqqında zəngin məlumatlar yer alacaq.
Qarşıdakı müddətdə saytda nəqliyyata dair əhəmiyyətli məsləhətlər və turistlər üçün tövsiyələr də əksini tapacaq. Bir sözlə, məqsədimiz sizə “Bakı 2015 Avropa Oyunları”na dair məlumatlarla tanışlıq üçün nadir imkan yaratmaqdır və biz 2015-ci il iyun ayının 12-də açılış mərasiminə qədər qalan günləri azalan istiqamətdə saymağı davam etdirdiyimizə görə gözəl şəkilləri və videomaterialları sizinlə paylaşacağıq”.
Həqiqət İSABALAYEVA
“Bakı 2015” Avropa Oyunlarının rəsmi saytı yenilənib
“Bakı 2015” Avropa Oyunlarının rəsmi saytı yeni formatda istifadəçilərin istifadəsinə verilib. Təşkilat Komitəsindən qeyd edilib ki, təzə dizaynla əlvan görünüşə malik olan saytda Avropa Oyunları ilə bağlı bütün son xəbərlər yer alacaq:“Orada birinci Avropa Oyunları ilə əlaqədar bütün məlumatlar təzələnir. Siz Azərbaycanın bolluq və sağlamlıq rəmzi olan nar ağacını əks etdirən parlaq, təzə “Bakı 2015” brendini aşkar edəcəksiniz. Ağac budaqları ilə çulğaşanlar Azərbaycan irsi və mədəniyyətinin rəmzləri ilə birlikdə müxtəlif idman növlərinin gözoxşayan qrafik təsvirləridir və onlar Avropa Oyunlarında nümayiş etdiriləcək. Bütün idman növləri, atletlərin profilləri və “Bakı 2015” üçün hazırlıqlar haqqında müstəsna məlumatlar tezliklə bu saytda əksini tapacaq. Oyunların mahiyyətini başa düşməkdə sizə kömək etmək məqsədilə yarış ərzində yayımlanan idman növlərinin hər biri ilə bağlı təlimatları, faktları və rəqəmləri müfəssəl şəkildə açıqlayacağıq. Daha çox sosial media mesajları da olacaq və onlarla tanış olmaq üçün “Facebook”, “Twitter” and “Google+”da olan səhifələrimizi izləyə bilərsiniz. Eyni zamanda bu hesablarda Azərbaycan və Avropanın idman azarkeşləri ilə söhbətə qoşula, söhbət edə bilərsiniz”.
Həmçinin qarşıdakı aylarda saytda biletlərin nə zaman və haradan əldə olunacağı ilə bağlı məlumatlar yerləşdiriləcək: “Birinci Avropa Oyunlarında yarışları canlı izləyə biləcəyiniz məkan haqqında da məlumatlar veriləcək.
Bundan başqa, saytın “Azərbaycan haqqında” bölməsində ölkəmiz, o cümlədən ilk Avropa oyunlarının məkanı olan Bakı haqqında zəngin məlumatlar yer alacaq.
Qarşıdakı müddətdə saytda nəqliyyata dair əhəmiyyətli məsləhətlər və turistlər üçün tövsiyələr də əksini tapacaq. Bir sözlə, məqsədimiz sizə “Bakı 2015 Avropa Oyunları”na dair məlumatlarla tanışlıq üçün nadir imkan yaratmaqdır və biz 2015-ci il iyun ayının 12-də açılış mərasiminə qədər qalan günləri azalan istiqamətdə saymağı davam etdirdiyimizə görə gözəl şəkilləri və videomaterialları sizinlə paylaşacağıq”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 975
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib