12px13px15px17px
Tarix:22/08/14

“LinkedIn”in baş vitse-prezidenti öz postunu tərk edir

“The Wall Street Journal” nəşri yazır ki, “LinkedIn” sosial platformasının inkişafına cavabdeh olan şirkətin baş vitse-prezidenti Dipçard Nişar öz postunu tərk edir.
 
Nişar oktyabrın 3-də öz postunu tərk etsə də, şirkətin Müşahidə Şurasında qalacaq.
 
“ICTnews” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, Nişarın yerinə varis tapılanadək bu vəzifəni şirkətin icraçı direktoru Ceff Vayner yerinə yetirəcək.
 
Nişar “LinkedIn” komandasına 2008-ci ildə qoşulub. O, əvvəllər  “Google”da ödəmə sistemi və reklam texnologiyalarının inkişafına cavabdeh olub. “LinkedIn” şirkətində Nişar sosial şəbəkənin əsas səhifəsinin yenilənməsində iştirak edib, platformanın mobil inkişaf strategiyasının hazırlanmasına, həmçinin yeni bazarlara çıxmaqda kömək edib.
 
“LinkedIn” sosial şəbəkəsi 2003-cü ildə Kaliforniyada yaradılıb. Platforma biznes əlaqələr yaratmağa imkan verir. Resursun auditoriyası müxtəlif sahələr üzrə təxminən 300 milyon insandan ibarətdir.
 
Emil Hüseynov



Baxış sayı: 588

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024