12px13px15px17px
Tarix:25/08/11

“Elektron Hökumət Portalı”nın tezliklə istifadəyə verilməsi planlaşdırılır

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən elektron imzanın istifadəsi, dövlət orqanları arasında informasiya mübadiləsinin təşkili üzrə milli infrastrukturun qurulması işləri aparılır.

Bu barədə Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc edilən müsahibəsində deyilir.

Nazir müavininin sözlərinə görə, artıq elektron imzanın istifadəsinin təşkili üçün yaradılmış Milli Sertifikat Xidmətləri Mərkəzi, həmçinin dövlət orqanlarının informasiya mübadiləsi sistemi və istifadəçilərin elektron xidmətlərdən istifadəsini təmin edəcək “Elektron Hökumət Portalı” hazırdır və tezliklə istifadəyə verilməsi planlaşdırılır.

“Həyata keçirilən Dövlət proqramları çərçivəsində əhalinin müasir rabitə və informasiya texnologiyalarından istifadə imkanlarının genişləndirilməsinə, onların İKT sahəsində savadlılıq səviyyəsinin yüksəldilməsinə ciddi diqqət yetirilir”.



Baxış sayı: 1976

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024