12px13px15px17px
Tarix:25/08/11

2012-ci ilin yanvarınadək Azərbaycan əhalisinin 85 faizi rəqəmsal televiziya ilə əhatə olunacaq

2012-ci ilin yanvar ayına qədər respublika əhalisinin 85%-nin 10 TV proqramlı acıq paketli rəqəmli yayımla təmin edilməsi planlaşdırlır.

Bu barədə rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında dərc edilən müsahibəsində deyilir.

“Ümumilikdə qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qərarına əsasən 2015-ci ilədək dünya ölkələri rəqəmli TV yayımına keçidi təmin etməlidirlər. Artıq bəzi ölkələr buna nail olmuşlar.

Ölkəmizdə də bunu həyata keçirmək üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 saylı 10 fevral 2011-ci il tarixli Sərəncamı ilə ölkə ərazisində rəqəmli televiziya yayım sisteminin tətbiqi və inkişafı proqramı təsdiq edilmişdir.

Bununla da, Azərbaycanda rəqəmli TV yayımına keçidlə əlaqədar indiyədək sınaq məqsədilə aparılan işlər genişləndirilmiş və əməli tədbirlər şəkilində vüsət almışdır.

Artıq Bakı, Gəncə, Şirvan, Lerik, Lənkəran şəhərlərində və ətraf ərazilərdə MPEG-4 standartında rəqəmli TV yayımı həyata keçirilir”.



Baxış sayı: 1938

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






21 Noyabr 2024

20 11 2024