Tarix:23/08/14
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, ABŞ-ın Müəllif Hüquqları Mühafizəsi Bürosu "heyvanlar, təbiət, bitki tərəfindən yaradılmış işlərin" müəllif hüququ ilə qorunmaması haqda qərar qəbul edib.
Büronun qərarında həmçinin müəllif hüququnun "ilahi və qeyri-təbii məxluqlar tərəfindən yaradılan işlərə" aid edilmədiyi bildirilir.
Yuxarıda bəhs etdiyimiz hadisə isə belə baş verib. Fotoqraf Devid Sleter 2011-ci ildə İndoneziyada olduğu vaxt bu nadir növ heyvanın şəkillərini çəkdikdə meymunlardan biri onun fotoaparatını əlindən alaraq düymələrə basmağa başlayıb. Nəticədə Sleter internetdə böyük marağa səbəb olmuş "selfie"ın sahibi olub. "Wikipedia"da bu şəkillər "ictimai əmlak" nişanı ilə yerləşdirilib. Sleter bu şəkillərə ictimai çıxışı bağlamağı tələb etdikdə servis bunu etməkdən imtina edib və bildirilib ki, meymun tərəfindən çəkilmiş "selfie" müəllif hüququ anlayışına aid edilmir.
Fotoqrafın sözlərinə əsasən, ictimaiyyətin onu bu şəkillərin sahibi kimi tanımaması nəticəsində o minlərlə dollar pul itirmiş olub.
Aynur Vəliyeva
ABŞ meymunun “selfie”a müəllif hüququnu tanımayıb
Bu günlərdə internetdə kəkilli əntər "selfie"ı fenomen halına gəlib. Çoxlarında maraq doğuran bu şəkil məşhur bir fotoqrafın kamerası vasitəsi ilə məhz meymunun özü tərəfindən obyektivin yaddaşına həkk olunub. İndi bu şəkillərin müəllif hüquqlarını təmin etmək uğrunda mübarizə gedir. Amma buna nail olmaq elə də mümkün görünmür."ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, ABŞ-ın Müəllif Hüquqları Mühafizəsi Bürosu "heyvanlar, təbiət, bitki tərəfindən yaradılmış işlərin" müəllif hüququ ilə qorunmaması haqda qərar qəbul edib.
Büronun qərarında həmçinin müəllif hüququnun "ilahi və qeyri-təbii məxluqlar tərəfindən yaradılan işlərə" aid edilmədiyi bildirilir.
Yuxarıda bəhs etdiyimiz hadisə isə belə baş verib. Fotoqraf Devid Sleter 2011-ci ildə İndoneziyada olduğu vaxt bu nadir növ heyvanın şəkillərini çəkdikdə meymunlardan biri onun fotoaparatını əlindən alaraq düymələrə basmağa başlayıb. Nəticədə Sleter internetdə böyük marağa səbəb olmuş "selfie"ın sahibi olub. "Wikipedia"da bu şəkillər "ictimai əmlak" nişanı ilə yerləşdirilib. Sleter bu şəkillərə ictimai çıxışı bağlamağı tələb etdikdə servis bunu etməkdən imtina edib və bildirilib ki, meymun tərəfindən çəkilmiş "selfie" müəllif hüququ anlayışına aid edilmir.
Fotoqrafın sözlərinə əsasən, ictimaiyyətin onu bu şəkillərin sahibi kimi tanımaması nəticəsində o minlərlə dollar pul itirmiş olub.
Aynur Vəliyeva
Baxış sayı: 2837
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib