12px13px15px17px
Tarix:23/08/14

Britaniyada hesablamaları işıq sürəti ilə yerinə yetirən kompüter yaradılır


İngiltərənin "Optalysys" texnoloji şirkəti 2015-ci ilin yanvarında hesablamaları işıq sürəti ilə yerinə yetirəcək kompüterin prototipini təqdim edəcəyini bəyan edib. Hər şeyin plan üzrə gedəcəyi halda kompüterin artıq 2020-ci ildə satışa çıxarılacağı gözlənilir.   
 
Optik texnologiyalar elektrik enerjisi ilə deyil, işıqla işləyir. "Optalysys" kompüterlərində azgüclü lazer və geniş maye-kristal tordan (liquid-crystal grating) istifadə olunur. Lazer şüası maye-kristal torun üzərinə düşür və onun daxilində müəyyən prosesləri işə salır. Bu proseslər əsasında alqoritmlər yaradılır ki, onlar da kompüterə eyni anda milyonlarla hesablama əməliyyatını emal etməyə imkan verir. Optik prosessorun gücü ənənəvi silisium prosessorların gücündən xeyli yüksəkdir.
 
Bundan başqa, sistem çox az enerji sərf etdiyindən "Google", "Amazon" və "Facebook" kimi şirkətlər elektrik xidmətlərinə görə ödəmələrdə xeyli vəsaitə qənaət edə bilərlər.  
 
"Optalysys" layihəsinə ümidlər böyükdür. Tərtibatçılar vədlərinə əməl edərək optik superkompüter yaratmağa nail olsalar, dünyanı texnoloji inqilab gözləyir, - www.rbc.ru yazır.



Baxış sayı: 997

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024