12px13px15px17px
Tarix:25/08/14

“Virtual İnkişaf” layihəsi üzrə ilk təlim keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən “Virtual İnkişaf” layihəsinin açılış tədbiri və layihə çərçivəsində keçirilən ilk təlim  baş tutub.
 
 Layihənin məqsədi Azərbaycanın sosial şəbəkələr vasitəsi ilə düzgün təmsil olunması, ölkə, mədəniyyət və tarixi şəxsiyyətlər haqqında məlumatların böyük şəbəkələrdə yayılmasını təmin etməkdir.
 
Bu layihə həmçinin gənclərin sosial şəbəkələrdə düzgün şəbəkələşməsini, düzgün istifadə qaydalarını gənclərə aşılayacaq. Layihə 4 gün daha davam edəcək.
 
 Növbəti təlimi 25 avqustdan etibarən başlayan layihə çərçivəsində bir çox mövzulara toxunulacaq. Mövzulara “Sosial şəbəkələr haqqında qısa məlumat”, “Sosial media”, “Bloqun yaradılması və bloqqerlik”, “Wikipedia” və “Youtube”  saytlarından istifadə qaydaları daxildir. Layihə icraçıları hesab edirlər ki, “Virtual İnkişaf” çərçivəsində bir çox yarışlar, məqalə və video hazırlama və internetdə yerləşdirmə ilə bağlı oyunlar ölkəmiz haqqında sosial şəbəkələrdə məlumatın artacağına və bu sahəyə marağın artacağına səbəb olacaq.
 
Layihədə iştirak etmək istəyənlər bu linkdən
http://v-inkishaf.com/index.php?bolme=qeydiyyat qeydiyyatdan keçməlidirlər. Layihədə 16-29 yaşlı olan hər bir gənc iştirak edə bilər.
 
Ümumilikdə isə “Virtual İnkişaf” layihəsində 100-ə yaxın gəncin iştirakı nəzərdə tutulub.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 840

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024