Tarix:25/08/14
“SAP”-ın Keniya, Nigeriya, Anqola və Mərakeşdə reklamına xüsusi diqqət yetiriləcək. Bir sıra ölkələrdə, o cümlədən Keniyada “SAP” məhsulları alıcılarına qrantlar təqdim olunacaq. Bundan başqa, CAR, Keniya, Nigeriya və Anqolada İT mütəxəssislərinin təlimləri təşkil ediləcək. Ümumilikdə şirkət 56 Afrika ölkəsinin 51-də fəaliyyət göstərməyi nəzərdə tutur.
Hazırda Afrikada 700 “SAP” əməkdaşı çalışır, 2015-ci ilin sonunadək onların sayının 250 nəfər artırılması planlaşdırılır.
“Business Insider” nəşri qeyd edir ki, digər texnoloji şirkətlər də Afrikaya fəal investisiya yatırır. Belə ki, 2013-cü ilin sonunda “IBM” şirkəti orada ilk elmi tədqiqi və təcrübi konstruktor işləmələri (R&D) laboratoriyasını açıb, "Google” şirkəti CAR-da günəş enerjisinin istehsalı üzrə layihəyə investisiya qoyub, "General Electric” 2018-ci ilədək regiona 2 milyard dollar yatıracağı ilə bağlı planlarını açıqlayıb.
“IDC” analitik şirkətinin proqnozlarına görə, 2014-cü il Afrikada İT bazarının kəskin artım ili olacaq. Hesabatda deyilir ki, informasiya texnologiyaları üzrə direktorların 57 faizi düşünür ki, qitədə İT sahəsində başlıca problem ixtisaslı İT mütəxəssislərinin çatışmazlığı ilə bağlıdır və bu problemi tezliklə yoluna qoymaq qeyri-mümkündür, - "IT-Weekly www.it-weekly.ru” yazır.
Proqram təminatı istehsalçısı Afrikaya yarım milyon dollar investisiya yatıracaq
Almaniyanın təşkilatlar üçün proqram təminatı istehsalçısı “SAP” 2020-ci ilədək Afrikaya məhsullarının tanınmasına 500 milyon dollar yatırmağı planlaşdıraraq perspektivdə qitədə satışını kəskin artırmağa ümid edir.“SAP”-ın Keniya, Nigeriya, Anqola və Mərakeşdə reklamına xüsusi diqqət yetiriləcək. Bir sıra ölkələrdə, o cümlədən Keniyada “SAP” məhsulları alıcılarına qrantlar təqdim olunacaq. Bundan başqa, CAR, Keniya, Nigeriya və Anqolada İT mütəxəssislərinin təlimləri təşkil ediləcək. Ümumilikdə şirkət 56 Afrika ölkəsinin 51-də fəaliyyət göstərməyi nəzərdə tutur.
Hazırda Afrikada 700 “SAP” əməkdaşı çalışır, 2015-ci ilin sonunadək onların sayının 250 nəfər artırılması planlaşdırılır.
“Business Insider” nəşri qeyd edir ki, digər texnoloji şirkətlər də Afrikaya fəal investisiya yatırır. Belə ki, 2013-cü ilin sonunda “IBM” şirkəti orada ilk elmi tədqiqi və təcrübi konstruktor işləmələri (R&D) laboratoriyasını açıb, "Google” şirkəti CAR-da günəş enerjisinin istehsalı üzrə layihəyə investisiya qoyub, "General Electric” 2018-ci ilədək regiona 2 milyard dollar yatıracağı ilə bağlı planlarını açıqlayıb.
“IDC” analitik şirkətinin proqnozlarına görə, 2014-cü il Afrikada İT bazarının kəskin artım ili olacaq. Hesabatda deyilir ki, informasiya texnologiyaları üzrə direktorların 57 faizi düşünür ki, qitədə İT sahəsində başlıca problem ixtisaslı İT mütəxəssislərinin çatışmazlığı ilə bağlıdır və bu problemi tezliklə yoluna qoymaq qeyri-mümkündür, - "IT-Weekly www.it-weekly.ru” yazır.
Baxış sayı: 733
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib