12px13px15px17px
Tarix:25/08/14

“WhatsApp” messencerinin auditoriyası 600 milyona çatıb

Layihənin təsisçisi və baş direktoru Yan Koum deyib ki, bu yaxınlarda "Facebook" sosial şəbəkəsinə məxsus populyar "WhatsApp" məşhur messencerinin aylıq aktiv auditoriyası 600 milyonu ötüb.
 
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, "WhatsApp" internet üzərindən mətn mesajları və şəkilləri ötürməyə imkan verir. İstifadəçi yalnız operatorun tarifi üzrə trafik üçün ödəniş edir. "WeChat", "Viber" və "Tango" kimi tətbiqlər sözügedən xidmətin rəqibləridirlər.
 
Yazda bildirilmişdi ki, "Whatsapp" istifadəçiləri gündəlik təxminən 64 milyard mesaj göndərirlər ki, onun da 44 milyardı göndərilən, 20 milyardı qəbul olunan mesajlardır.
 
Xatırladaq ki, "Facebook" şirkəti "WhatsApp"ı 19 milyard dollara satın alıb.
 
Emil Hüseynov



Baxış sayı: 668

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024