Tarix:25/08/14
Hindistanın rezerv bankı bəyan edib ki, bank kartları vasitəsilə aparılan bütün onlayn tranzaksiyalar yerli banklar üzərindən milli valyuta vasitəsilə həyata keçirilməlidir.
“ICTnews” xəbər xidmətinin “www.therunet.com” saytına istinadən verdiyi məlumata əsasən, yeni qayda oktyabrın 31-dən etibarən qüvvəyə minir.
Bu tədbir “Google Play”, “Amazon” və “Uber” kimi xarici internet-şirkətlərin fəaliyyətinə neqativ təsir göstərə bilər.
Hazırda Hindistan istifadəçiləri bütün tranzaksiyaları beynəlxalq ödəniş şlüzləri üzərindən həyata keçirir. Eyni zamanda, yeni qayda Hindistan ödəniş sistemlərinə və banklarına əlavə gəlir gətirə bilər.
Hindistan Amerikanın “Uber”, “Amazon” və “Google” şirkətləri üçün vacib bazardı. “Uber” üçün bu, ABŞ xaricində ən iri bazardır.
“Amazon” Hindistanda fəaliyyətini genişləndirməyə 2 milyard dollar sərmayə qoymaq niyyətindədir. Bu ölkə eyni zamanda “Amazon”un kopterlər vasitəsilə məhsulların təchizatını təşkil edən ilk ölkə ola bilər. “Uber” və “Amazon”un Hindistan rəqibləri var - bu, “Olacabs” taksi sifarişi servisi və “Flipcart” internet-hipermarketidir.
Aynur Vəliyeva
Hindistanda onlayn ödənişlərin yerli banklar üzərindən həyata keçirilməsi məcburi olacaq

Baxış sayı: 845
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib