Tarix:26/08/14
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Gecko Design” şirkəti 1996-cı ildə təsis edilib, onun qərargahı Kaliforniya ştatının Los-Altos şəhərində yerləşir. Şirkət elektron istehlak qurğuları üzrə ixtisaslaşıb, həmçinin başqa firmaların mühəndislərinə məhsulların hazırlanmasının erkən mərhələsində köməklik göstərir. Müxtəlif illərdə “Logitech”, “Hewlett-Packard”, “Dell”, həmçinin “Sonos” audiosistem və “FitBit” "ağıllı" qolbağının istehsalçıları “Gecko Design” bürosunun müştəriləri olublar.
Ehtimal ki, “Gecko Design” şirkəti “Google”a istehlak və kommersiya bazarları üçün bir sıra məhsulların buraxılmasında köməklik göstərə biləcək. Büronun keçmiş mütəxəssislərinin “Google Glass” artırılmış reallıq eynəyi dizaynının təkmilləşdirilməsi ilə məşğul olacağı istisna edilmir.
Emil Hüseynov
“Google” “Gecko Design” şirkətini satın alıb
“Google” şirkəti “Gecko Design” konstruktor bürosunu satın alıb. Razılaşmanın dəyəri açıqlanmır. Yalnız o məlumdur ki, “Gecko Design” bürosunun prezidenti Jak Qane və dörd əməkdaş perspektiv texnologiyaların hazırlanması ilə məşğul olan “Google X” məxfi bölməsinə qoşulublar.“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, “Gecko Design” şirkəti 1996-cı ildə təsis edilib, onun qərargahı Kaliforniya ştatının Los-Altos şəhərində yerləşir. Şirkət elektron istehlak qurğuları üzrə ixtisaslaşıb, həmçinin başqa firmaların mühəndislərinə məhsulların hazırlanmasının erkən mərhələsində köməklik göstərir. Müxtəlif illərdə “Logitech”, “Hewlett-Packard”, “Dell”, həmçinin “Sonos” audiosistem və “FitBit” "ağıllı" qolbağının istehsalçıları “Gecko Design” bürosunun müştəriləri olublar.
Ehtimal ki, “Gecko Design” şirkəti “Google”a istehlak və kommersiya bazarları üçün bir sıra məhsulların buraxılmasında köməklik göstərə biləcək. Büronun keçmiş mütəxəssislərinin “Google Glass” artırılmış reallıq eynəyi dizaynının təkmilləşdirilməsi ilə məşğul olacağı istisna edilmir.
Emil Hüseynov
Baxış sayı: 703
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib