12px13px15px17px
Tarix:27/08/14

Britaniya Ədliyyə Nazirliyi məxfi məlumatların mühafizəsini təmin etmədiyinə görə cərimələnəcək


Böyük Britaniya Ədliyyə Nazirliyi məxfi məlumatların mühafizəsini təmin edə bilməməsinə görə 180 min funt-sterlinq məbləğində cərimə ödəyəcək. “BBC” nəşrinin İnformasiya Komissarı Ofisinə (Information Commissioner's Office, ICO) istinadən məlumatına görə, cərimənin tətbiqi Uiltşir şəhərində yerləşən “Erlestoke” həbsxanasının 3 min məhbusu haqqında informasiyanın olduğu sərt diskin itirilməsi ilə əlaqədardır.
 
Bildirilir ki, diskdə saxlanılan məlumatlar şifrlənməyib. Bundan əlavə, daşıyıcıda mütəşəkkil cinayətkarlıq, məhbusların qurbanları və onlara baş çəkənlər, eləcə də onların sağlamlığı və dərmanların düzgün istifadə edilməməsi haqqında materiallar olub.
 
Qeyd edək ki, 2011-ci ildə oxşar insident baş verib. O zaman 16 min cinayətkar haqqında məlumatın olduğu disk cinayətkarların əlinə keçib. Baş verən hadisədən sonra Böyük Britaniya Ədliyyə Nazirliyi informasiyanın şifrlənərək saxlanılacaq ehtiyat surətçıxarma üçün xüsusi sərt diskli yeni sistem təqdim edib. Lakin nazirlik mütəxəssisləri şifrləmə funksiyasının əllə işə salınması barədə məlumat verməyi unudublar.
 
Nəticədə bu səhvə görə cinayətkarlar mühafizə olunmayan informasiyanı oğurlaya biliblər.
 
“ICO”-nun İcra Xidmətinin rəhbəri Stiv Ekkerslinin sözlərinə görə, cərimə göstərməlidir ki, təşkilatlar informasiyanın mühafizəsi üçün avadanlıqlara malik olmaqla yanaşı, ondan istifadə etməyi də bacarmalıdır, - “ www.securitylab.ru” yazır.



Baxış sayı: 635

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024