12px13px15px17px
Tarix:27/08/14

Azərbaycan sakinləri “British Airways”in biletlərini onlayn sifariş edə bilərlər

Azərbaycandan Londona, Avropaya və Şimali Amerikaya ən sərfəli uçuş fürsətlərini axtaran hər kəs üçün "ba.com" saytı vasitəsilə "British Airways" şirkətinin biletlərini 72 saat müddətinə bron etmək funksiyası aktivləşdirilib.
 
Şirkətdən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, bu funksiyanın qiyməti cəmi 5 funt-sterlinq və ya təxminən 7 manat təşkil edir.
 
Bu yenilik müştərilərə əminlik və xoşbəxtlik hissi verir. Əgər 72 saat ərzində müştəri uçuşunu ödəmək istəyirsə, saxlanma depoziti geri qaytarılır və ondan sonra bilet əldə oluna bilər.
London "Heathrow" hava limanından qısa məsafəli uçuşların rezervasiyası adambaşı cəmi 5 GBP təşkil edir (7 manat), uzun məsafəli uçuşlarda isə 10 GBP və ya təxminən 13 manat ödəməklə öz yerlərinin təmin olunmasına müştərilər arxayın ola bilərlər.
 
Bu "British Airways" tərəfindən həyata keçirilən bütün uçuşlara, o cümlədən rezervləşdirilmiş bilet üzrə "code-sharing" uçuşlari, "İberia", "İberia Express", "Air Nostrum" və "British Airways" uçuşlarının istənilən kombinasiyalarına aiddir.
Aviaşirkət Londonun "Heathrow" aeroportuna həftədə 6 uçuş təklif edir, bu da Londondan sonraki istiqamətlərdə uçmaq istəyənlər üçün çox rahat olacaq.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 864

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024