12px13px15px17px
Tarix:27/08/14

“Seagate” şirkəti 8 TB həcmində sərt disklərin tədarükünə başlayıb

Sərt disklərin istehsalı və hazırlanması ilə məşğul olan ABŞ-ın “Seagate” şirkəti 8 TB  həcmində ilk vinçesterlərin tədarükünə başlayıb.
 
Sözügedən daşıyıcılar 3,5 düymlük form-faktorda hazırlanıb və 6 Qbit/s-dək keçirtmə qabiliyyətinə malik “Serial ATA 3.0” interfeysi ilə təchiz edilib.
 
“ICTnews" elektron xəbər xidməti “hitech.newsru.com” saytına istinadən bildirir ki, 8 TB həcmində daşıyıcılar ilk növbədə data mərkəz və böyükhəcmli “bulud” sistemlərində istifadə üçün nəzərdə tutulub.
 
Yeni sərt disklər, həmçinin enerjiyə qənaətcildir.
Adi istifadəçilər ilin sonunadək bu sərt diskləri satın ala bilərlər. Hələ ki sərt disk məhdud sayda sifarişçiyə tədarük olunur. Daşıyıcıların qiyməti açıqlanmayıb.
 
Emil Hüseynov
 



Baxış sayı: 645

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024