12px13px15px17px
Tarix:27/08/14

Kompüter oyunları üzrə IX Azərbaycan Milli Çempionatının qaliblərinə mükafatlar təqdim olunacaq

Kompüter oyunları üzrə IX Azərbaycan Milli Çempionatının qalibləri öz mükafatlarını 28 avqust səhər 11:00-da Gənclər və İdman Nazirliyinin Yaradıcı Gənclərlə İş və Asudə vaxtın təşkili sektorundan (Ünvan: Olimpiya küçəsi, 4. (Gənclik m. st. yaxınlığında) 2-ci mərtəbə) ala bilərlər.
 
Azərbaycan Kiberidman Federasiyasından bildirilib ki, iştirakçılar şəxsiyyət vəsiqəsini özləri ilə  gətirməlidirlər: “Komanda şəklində keçirilən oyunların iştirakçılarından komanda kapitanının iştirakı kifayətdir”.
 
Qeyd edək ki, Kompüter Oyunları üzrə IX Milli Çempionatın final mərhələsi 9-10 avqust tarixlərində keçirilib. Sözügedən yarışlar Azərbaycan Kiberidman Federasiyasının və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşəbbüsü ilə reallaşıb. Builki çempionat “FIFA`14” (fərdi 1x1), “Dota 2” (komanda 5x5), “Tekken Tag Tournament 2” (fərdi 1x1), “Starcraft 2” (fərdi 1x1), “Hearth Stone” (fərdi 1x1), “Super Street Fighter IV” (fərdi 1x1) növləri üzrə təşkil olunub.
 
Çempionatın final mərhələsi Qusar, Şəmkir, Sumqayıt, Astara, Şəki, Ağdaş və Ucar şəhərlərində keçirilən nümunəvi yarışlardan əvvəl təşkil olunub.
 
Builki çempionatda 200-dən artıq oyunçu 7 növdə  qüvvələrini sınayıb, həmin növlərdən isə yalnız iksinə qadınlar qatılıblar.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 811

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






24 Aprel 2024

23 04 2024