12px13px15px17px
Tarix:27/08/14

Səlim Müslümov: “Artıq 300 minə yaxın əmək müqaviləsi bildirişi yeni sistemdə qeydiyyatdan keçib”

“Ötən ilin dekabrı da daxil olmaqla son 9 aya yaxın dövrdə respublika prezidenti tərəfindən ölkə əhalisinin sosial təminatının gücləndirilməsinə xidmət edən 12 fərman və sərəncam imzalanıb. Həmin sənədlər sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının əhəmiyyətli şəkildə artmasına səbəb olub. Bununla yanaşı, bizim üçün prioritet məsələlərdən biri dövlət qayğısının aztəminatlı əhali təbəqələrinə çatdırılması sistemini şəffaflıq prinsipi və müasir texnologiyalar əsasında davamlı olaraq təkmilləşdirməkdir”.
 
Bu fikri nazir Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) keçirilən “Məlumat mübadiləsi saatı”nın növbəti iclasında bildirib. Nazir qeyd edib ki, bu istiqamətdə ən mühüm addımlardan biri ünvanlı dövlət sosial yardımının təyinatı prosesinin avtomatlaşdırılmasıdır:
 
 “Bu məqsədlə xüsusi işçi qrup tərəfindən yeni layihə hazırlanıb. Qeyd olunan layihənin pilot ərazilərdə tətbiqinin nəticələri əsasında ünvanlı sosial yardım haqqında qanunvericiliyə dəyişikliklər edilməsi nəzərdə tutulur”. Nazir sosial cəhətdən həssas əhali qruplarına göstərilən diqqət və qayğıdan söz açaraq, ölkənin sosial təminat və sosial xidmətlər sisteminin təkmilləşdirilməsi istiqamətində mütərəqqi dünya təcrübəsi əsasında mühüm işlərin aparıldığını vurğulayıb, həmçinin cari ilin 1 iyulundan işə salınan əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminə toxunub: “Artıq 300 minə yaxın əmək müqaviləsi bildirişi yeni sistemdə qeydiyyatdan keçib və işəgötürənlər arasında aparılan çoxşaxəli məlumatlandırma işlərinin müsbət nəticəsi olaraq, hər gün qeydiyyatdan keçən bildirişlərin sayı əvvəlki günə nisbətən xeyli çox olur”.
 
Nazirliyin İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, S.Müslümov qeyd olunan sahələrdə aparılan işlər, yeni bilik və təcrübələrlə bağlı bu iclasda məlumat mübadiləsinin “beyinlərin hücumu” metodu ilə mövcud problemlərin həllinin ən optimal variantını tapmaqda, ümumi məlumatlılıq səviyyəsinin yüksəlməsində, görülən işlərdə vahid və əlaqəli yanaşma prinsipinin güclənməsində mühüm önəm kəsb etdiyini  vurğulayıb.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 708

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024