Tarix:27/08/14
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sammit Daşkənddə keçiriləcək “İnfoCom-2014” İKT Həftəsi çərçivəsində təşkil olunacaq.
Bu il Sammitdə Azərbaycanla yanaşı, Koreyanın, Rusiyanın, Belarusun, Qazaxıstanın, Tacikistanın, Estoniyanın, Almaniyanın, Niderlandın, Çex Respublikasının və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Sammit hər il beynəlxalq təşkilatların, dövlət və biznes sektorunun nümayəndələrini ətrafında toplayır. Mütəxəssislər sahənin son bir ildə inkişaf tempini, dünya tendensiyalarını müzakirə etmək, bu sahədə təcrübə mübadiləsi aparmaq və İKT sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək üçün toplaşır. Artıq tədbirə qeydiyyat və məruzəçilərin məruzələrinin qəbuluna başlanılıb. Teledebatların ümumi sayı 500 nəfərdən çox olacaq.
Sammitin seksiya iclasları “Dövlət sektorunda İKT”, “Biznesdə İKT” və “İnformasiya resursları və internet” mövzuları üzrə aparılacaq. Əsas müzakirə mövzularından biri Elektron Hökumətin inkişafı olacaq. İştirakçılar eyni zamanda ölkədə milli İKT-nin inkişafı proqramlarının reallaşdırılması sahəsində nailiyyətlər və problemlər, İKT-nin müxtəlif sahələrdə tətbiqi, tənzimləmə siyasəti və s. aktual məsələləri müzakirə edəcəklər.
Aynur Vəliyeva
Azərbaycan beynəlxalq İKT Sammitində təmsil olunacaq
Azərbaycan Daşkənddə sentyabrın 23-də keçiriləcək İKT Sammitində təmsil olunacaq.“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, sammit Daşkənddə keçiriləcək “İnfoCom-2014” İKT Həftəsi çərçivəsində təşkil olunacaq.
Bu il Sammitdə Azərbaycanla yanaşı, Koreyanın, Rusiyanın, Belarusun, Qazaxıstanın, Tacikistanın, Estoniyanın, Almaniyanın, Niderlandın, Çex Respublikasının və digər ölkələrin nümayəndələrinin iştirakı gözlənilir. Sammit hər il beynəlxalq təşkilatların, dövlət və biznes sektorunun nümayəndələrini ətrafında toplayır. Mütəxəssislər sahənin son bir ildə inkişaf tempini, dünya tendensiyalarını müzakirə etmək, bu sahədə təcrübə mübadiləsi aparmaq və İKT sahəsinin gələcək inkişaf istiqamətlərini müəyyən etmək üçün toplaşır. Artıq tədbirə qeydiyyat və məruzəçilərin məruzələrinin qəbuluna başlanılıb. Teledebatların ümumi sayı 500 nəfərdən çox olacaq.
Sammitin seksiya iclasları “Dövlət sektorunda İKT”, “Biznesdə İKT” və “İnformasiya resursları və internet” mövzuları üzrə aparılacaq. Əsas müzakirə mövzularından biri Elektron Hökumətin inkişafı olacaq. İştirakçılar eyni zamanda ölkədə milli İKT-nin inkişafı proqramlarının reallaşdırılması sahəsində nailiyyətlər və problemlər, İKT-nin müxtəlif sahələrdə tətbiqi, tənzimləmə siyasəti və s. aktual məsələləri müzakirə edəcəklər.
Aynur Vəliyeva
Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır