12px13px15px17px
Tarix:28/08/14

İkinci rübdə dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 94 faizə çatıb

Cari ilin ikinci rübünə olan məlumata görə, dünyada genişzolaqlı mobil internet şəbəkələrinə qoşulmaların sayı 6,8 milyard təşkil edib, 80 milyon yeni qoşulma qeydə alınıb.

Bu barədə “Ericsson” şirkətinin hesabatında deyilir. Bununla yanaşı bildirilir ki, abunəçilərin əksəriyyətinin eyni vaxtda bir neçə qoşulmaya malik olmasına görə istifadəçilərin real sayı 4,6 milyard nəfəri ötmür. 

İkinci rübdə dünyada mobil rabitənin nüfuzetmə səviyyəsi 94 faizə çatıb.

Xalis qoşulmaların sayına görə lider Çindir (12 milyon yeni qoşulma). Ondan sonrakı yerlərdə Rusiya (5 milyon yeni qoşulma), Hindistan (5 milyon yeni qoşulma) və İndoneziya (4 milyon yeni qoşulma) qərarlaşıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə abunəçi bazası 6 faiz, analoji rüblə müqayisədə 1 faiz artıb.
2014-cü ilin ikinci rübündə 300 milyon smartfon satılıb. Smartfonların mobil telefonların satışında payı 2013-cü ilin ikinci rübündəki 55 faizə nisbətdə 65 faiz təşkil edib. Genişzolaqlı mobil internet abunəçilərinin 35 faizi smartfonlardan istifadə edib ki, bu da bazarın böyük artım potensialına malik olmasından xəbər verir, - “CNews www.cnews.ru” yazır.



Baxış sayı: 622

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024