12px13px15px17px
Tarix:25/08/11

Elektron ticarət sistemi üçün mütəxəssislər cəlb ediləcək

Azərbaycanın Kiçik sahibkarlığın inkişafı və stimullaşdırılması İctimai Birliyinin rəhbəri Aqil Babayevin verdiyi məlumata görə, birlik “sizinmarket.az” elektron ticarət sistemini təzələmək məqsədilə Rusiyadan proqram təminatı hazırlayan mütəxəssisləri cəlb etmək niyyətindədir.

A.Babayevin dediyinə görə, Rusiyanın elektron ticarət və xüsusən proqram təminatı bazarı yüksək dərəcədə inkişaf etdiyinə görə əsas seçim Rusiya mütəxəssislərinin üzərinə düşüb.

“Biz mütəxəssislərin təkliflərinə sentyabr ayında baxmaq istəyirik və bundan sonra öz təkliflərimizi təqdim edəcəyik. Əsasən partnyor proqramının yaradılmasında maraqlıyıq.

Azərbaycanın İT “Terasoft” şirkətinin təkliflərinin bizim tələblərimiz ilə uyğun gəlməməsi səbəbindən bu şirkətlə əməkdaşlıq dayandırılmışdır. Məhz buna görə partnyor proqramının tətbiq olunması belə gecikdirilmişdir.

Partnyor proqramlarının fərqli proqram təminatları olması səbəbindən mütəxəssislərin seçim kriterləri birbaşa onların bu sahədə iş təcrübələrindən və tələbləri ödəyən həllin təqdim olunmasından asılıdır.

İşlər reklam meydançasının təzələnməsini və partnyor proqramına bir sıra dəyişikliklərin daxil olunmasını nəzərdə tutur. Partnyor proqramı “AzNET” seqmentində yeni əməkdaşlıq növüdür.

Partnyor (proqramda özünü qeyd etmiş insan və ya onun Web-resursu) mal ya xidmətin alıcısı və satıcısı arasında vasitəçi rolunu oynayır və gördüyü vasitəçiliyə görə komisyon haqqını alır.

“Sizinmarket.az” elektron ticarət layihəsi Azərbaycan Prezidentinin yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılıb.

Layihənin əsas məqsədləri sahibkarlara kömək etmək, Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına inteqrasiyası, yerli və xarici şirkətlərin virtual nümayəndəliklərinin yaradılması, regionların sosial inkişafına və elektron ticarətin inkişafına kömək etmədən ibarətdir.

Həmçinin, İctimai Birliyin planlarında gələcəkdə portalın mobil versiyasının yaradılması nəzərdə tutulur.



Baxış sayı: 1835

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






19 Aprel 2024

18 04 2024