Tarix:28/08/14
Analitiklər bildirirlər ki, inkişaf etməkdə olan ölkələrdə FK-yə tələbat əvvəlki kimi planşet kimi alternativ qurğuların, həmçinin iqtisadi və siyasi amillərin mənfi təsiri altındadır. Bununla belə, 2014-cü ilin birinci yarısında korporativ sektorda yüksək satışlar və inkişaf etmiş regionlarda istehlakçı tələbatının bərpası nəticəsində kompüter sənayesində vəziyyət yaxşılaşıb ki, bu da ikinci yarımilliyin nəticəsində özünü göstərəcək.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə mütəxəssislər inkişaf etmiş ölkələrdə FK tədarükünün artımını 5.6% səviyyəsində gözləyirlər ki, bu da 2010-cu ildən etibarən ən yüksək irəliləmə göstəricisidir. İnkişaf etməkdə olan iqtisadiyyata malik dövlətlərdə qurğuların buraxılışı 181,9-dən 162,7 milyonadək azalacaq. Bu ölkələrdə vəziyyət yaxın illərdə sabitləşəcək və 2018-ci ildə inkişaf etməkdə olan regionlarda FK bazarının həcmi 161,8 milyon qurğu təşkil edəcək.
Dörd il sonra qlobal FK tədarükünün həcmi 291,1 milyona çatacaq ki, bu göstəricinin 170 milyonu noutbukların, 121,1 milyonu isə masaüstü kompüterlərin payına düşəcək.
Emil Hüseynov
“IDC” analitikləri FK bazarı üzrə proqnozu yaxşılaşdırıblar
“International Data Corporation” (IDC) analitiklərinin proqnozuna görə, 2014-cü ilin yekununa görə qlobal fərdi kompüter (FK) bazarının həcmi 3,7% azalacaq (303,5 milyonadək) ki, bu da ekspertlərin əvvəlki proqnozu ilə müqayisədə 6% aşağıdır.Analitiklər bildirirlər ki, inkişaf etməkdə olan ölkələrdə FK-yə tələbat əvvəlki kimi planşet kimi alternativ qurğuların, həmçinin iqtisadi və siyasi amillərin mənfi təsiri altındadır. Bununla belə, 2014-cü ilin birinci yarısında korporativ sektorda yüksək satışlar və inkişaf etmiş regionlarda istehlakçı tələbatının bərpası nəticəsində kompüter sənayesində vəziyyət yaxşılaşıb ki, bu da ikinci yarımilliyin nəticəsində özünü göstərəcək.
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ildə mütəxəssislər inkişaf etmiş ölkələrdə FK tədarükünün artımını 5.6% səviyyəsində gözləyirlər ki, bu da 2010-cu ildən etibarən ən yüksək irəliləmə göstəricisidir. İnkişaf etməkdə olan iqtisadiyyata malik dövlətlərdə qurğuların buraxılışı 181,9-dən 162,7 milyonadək azalacaq. Bu ölkələrdə vəziyyət yaxın illərdə sabitləşəcək və 2018-ci ildə inkişaf etməkdə olan regionlarda FK bazarının həcmi 161,8 milyon qurğu təşkil edəcək.
Dörd il sonra qlobal FK tədarükünün həcmi 291,1 milyona çatacaq ki, bu göstəricinin 170 milyonu noutbukların, 121,1 milyonu isə masaüstü kompüterlərin payına düşəcək.
Emil Hüseynov
Baxış sayı: 861
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır