Tarix:29/08/14
Peykin xidmətlərindən xüsusilə idman proqramlarının yayımında geniş istifadə olunur. “LigTV” kanalında nümayiş olunan futbol və basketbol oyunlarını, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kuboku, bu ilin 25 avqust tarixində baş tutmuş “Fənərbahçe”-“Qalatasaray” final maçı “Azərspace-1” peykinin tutumlarından istifadə olunmaqla yayımlanıb.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimi “Azerspace-1” peyk resurslarından istifadə olunaraq yayımlandı
Dünən baş tutmuş Türkiyənin 12-ci prezidenti R.T.Ərdoğanın andiçmə mərasimi Türkiyənin TRT kanalı tərəfindən milli peykimiz “Azərspace-1” üzərindən yayımlanıb. Ümumilikdə, “Azərkosmos”un Türkiyə yayım bazarında göstərdiyi xidmətlər bir çox uğurlu layihələrin həyata keçməsinə yol açıb. Türkiyənin bir çox məşhur kanalında yayımlanan proqramlar “Azerspace-1” peykinin resurslarından istifadə edərək ekranlara gəlir.Peykin xidmətlərindən xüsusilə idman proqramlarının yayımında geniş istifadə olunur. “LigTV” kanalında nümayiş olunan futbol və basketbol oyunlarını, 2014-cü ildə keçirilmiş futbol üzrə Türkiyə kuboku, bu ilin 25 avqust tarixində baş tutmuş “Fənərbahçe”-“Qalatasaray” final maçı “Azərspace-1” peykinin tutumlarından istifadə olunmaqla yayımlanıb.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Baxış sayı: 983
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı