Tarix:29/08/14
Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər, informasiya-kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfir R.Sinkeviçüsü Litvada prezident seçkilərindən sonra yenidən nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycan-Litva əlaqələrinin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişaf etdiyini bildirib.
Azərbaycan rəhbərliyinin yüksək texnologiyalar sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edən diplomat son illər ölkəmizdə bu sahədə görülən işlər və əldə olunmuş nailiyyətlər haqqında danışıb.
Nazir Litvanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Görüşdə İKT və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib, investisiya layihələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan ilə Litva arasında İKT sahəsində əməkdaşlığın inkişafı üçün böyük potensial var
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə bu ölkənin nəqliyyat və kommunikasiya naziri Rimantas Sinkeviçüs ilə görüşüb.Görüşdə Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər, informasiya-kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.
Səfir R.Sinkeviçüsü Litvada prezident seçkilərindən sonra yenidən nəqliyyat və kommunikasiya naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. O, Azərbaycan-Litva əlaqələrinin siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə inkişaf etdiyini bildirib.
Azərbaycan rəhbərliyinin yüksək texnologiyalar sahəsinə xüsusi diqqət yetirdiyini qeyd edən diplomat son illər ölkəmizdə bu sahədə görülən işlər və əldə olunmuş nailiyyətlər haqqında danışıb.
Nazir Litvanın Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.
Görüşdə İKT və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu qeyd edilib, investisiya layihələrində tərəfdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı: 971
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır