Tarix:29/08/14
"ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklərin proqnozuna əsasən, cari ildə kommunikatorların tədarükü 1,25 milyardı ötəcək ki, bu da ötən illə müqayisədə 23,8 faiz yüksəkdir. Ekspertlər hesab edirlər ki, 4 il bu bazarın həcmi 1,8 milyard qurğuya çatacaq. Əgər qiymətləndirmə düz olsa, 2013-2018-ci illərdə orta illik artım tempi 12,7 faiz təşkil edəcək.
"IDC" analitikləri hesab edirlər ki, artım əsasən inkişaf etməkdə olan ölkələr tərəfindən təmin ediləcək. 2011-ci ildə ümumi smartfon tədarükünün 50 faizdən çoxu onların payına düşüb və tezliklə bu töhfə daha çox nəzərə çarpacaq. 2014-cü ildə inkişaf etməkdə olan regionlara 920,8 milyon "ağıllı" telefon tədarük ediləcək, artım tempi ümumi bazar göstəricisini ötərək 32,4 faiz təşkil edəcək. 2018-ci ilədək inkişaf etməkdə olan bazarların payı 79,5 faiz və ya 1,4 milyard olacaq.
"IDC" hesabatına əsasən, 2018-ci ildə inkişaf etməkdə olan ölkələrdə kommunikatorların orta satış qiyməti 677-dən 211 dollaradək azalacaq. İnkişaf etmiş bazarlarda bu tendensiya müşahidə olunacaq və proqnozlaşdırılan dövrün sonunadək bu ölkələrdə smartfonlar 411 dollaradək ucuzlaşacaq.
Emil Hüseynov
İnkişaf etməkdə olan ölkələrin qlobal smartfon tədarükünə töhfəsi 80 faiz faizə çatacaq
"IDC" tədqiqat şirkəti inkişaf etmiş ölkələrdə artım tempinin azalmasına baxmayaraq, 2014-cü ildə qlobal smartfon bazarında təxminən 24 faizlik artım proqnozlaşdırır."ICTnews" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, analitiklərin proqnozuna əsasən, cari ildə kommunikatorların tədarükü 1,25 milyardı ötəcək ki, bu da ötən illə müqayisədə 23,8 faiz yüksəkdir. Ekspertlər hesab edirlər ki, 4 il bu bazarın həcmi 1,8 milyard qurğuya çatacaq. Əgər qiymətləndirmə düz olsa, 2013-2018-ci illərdə orta illik artım tempi 12,7 faiz təşkil edəcək.
"IDC" analitikləri hesab edirlər ki, artım əsasən inkişaf etməkdə olan ölkələr tərəfindən təmin ediləcək. 2011-ci ildə ümumi smartfon tədarükünün 50 faizdən çoxu onların payına düşüb və tezliklə bu töhfə daha çox nəzərə çarpacaq. 2014-cü ildə inkişaf etməkdə olan regionlara 920,8 milyon "ağıllı" telefon tədarük ediləcək, artım tempi ümumi bazar göstəricisini ötərək 32,4 faiz təşkil edəcək. 2018-ci ilədək inkişaf etməkdə olan bazarların payı 79,5 faiz və ya 1,4 milyard olacaq.
"IDC" hesabatına əsasən, 2018-ci ildə inkişaf etməkdə olan ölkələrdə kommunikatorların orta satış qiyməti 677-dən 211 dollaradək azalacaq. İnkişaf etmiş bazarlarda bu tendensiya müşahidə olunacaq və proqnozlaşdırılan dövrün sonunadək bu ölkələrdə smartfonlar 411 dollaradək ucuzlaşacaq.
Emil Hüseynov
Baxış sayı: 815
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır