12px13px15px17px
Tarix:30/08/14

Birinci rübdə “.ORG” zonasında domenlərin sayı 1,4 faiz artıb

İlk yüksəksəviyyəli “.ORG” domenlərindən birinin operatoru "Public Interest Registry” şirkəti ilin birinci yarısına yekun vurub. Belə ki, cari ilin birinci rübündə “.ORG” zonasında domenlərin sayı 143,5 min və ya 1,4 faiz artıb, qeydiyyatdan keçən domenlərin ümumi sayı isə 10,4 milyona çatıb.
 
Hesabatda domendə qeydiyyatın uzadılmasının yüksək göstəriciləri qeyd olunur. Qeydiyyatdan keçənlərin 85 faizi üçillik fəaliyyətdən sonra “.ORG” zonasında domenlərinin qeydiyyat müddətini uzadır, bir-iki ildən sonra bu göstəricilər müvafiq olaraq 55 və 72,3 faiz təşkil edir. Qeydiyyat müddətinin uzadılması 73,9 faizə bərabərdir.  
 
“.ORG” zonasında ənənəvi liderlik edən ABŞ ilə yanaşı, ilk beşlik ölkələrinə Böyük Britaniya, Kanada, Avstraliya və Fransa daxildir. Bundan əlavə, “Public Interest Registry” mütəxəssisləri domenin Asiya regionunda, xüsusilə Çin, Yaponiya və Hindistanda populyarlığının artmasını məmnunluqla qeyd edirlər. “.ORG”un Çin (.机构), hindi (.संगठन) və rus (.ОРГ) dillərində olan üç milliləşdirilmiş yüksəksəviyyəli yeni domen versiyalarının da istifadəyə verilməsinin populyarlığın artmasına xidmət edəcəyi gözlənilir, - "CNews www.cnews.ru” yazır.



Baxış sayı: 903

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024