Tarix:30/08/14
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində regionun nüfuzlu iş adamları və diplomatik rəsmiləri ilə məlumat mübadiləsi aparılacaq.
"USACC"-ın müşahidələrinə görə, Azərbaycan neft üzərində qurulmuş iqtisadiyyatdan informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm əsasında qurulmuş iqtisadiyyata sürətlə keçid nümayiş etdirir.
"Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya etmək üçün iqtisadi siyasət prinsiplərini aktiv inkişaf etdirir. Gürcüstan "Dünya bankının biznesin sərbəst aparılması" reytinqində 112-ci yerdən 9-cu yerədək yüksəlib və İslahatçılar Klubunun "Baş İslahatçı" adını alıb. Türkiyə Avropa ilə Yaxın Şərgin kəsişməsində inkişaf etmiş sənaye sektoruna malik olan, sürətlə inkişaf edən dünya iqtisadiyyatının əsas iştirakçısı olan ölkə olub və beynəlxalq şirkətlərin diqqətini cəlb edir. USACC-ın əsas məqsədi bu tədbir çərçivəsində bu ölkələrin regional imkanları haqda daha çox məlumat almaqdır", - deyə təşkilatdan bildiriblər.
Tədbir çərçivəsində bu ölkələrdə kibertəhlükəsizliyin təmin edilməsi üçün praktik təlimin keçirilməsi üzrə sessiya təşkil olunacaq, kibermühafizənin səviyyəsi müəyyən ediləcək. Bu ilin birinci yarısında dünyada çoxlu sayda hökumət, kommersiya və hərbi təşkilatlara şəbəkə hücumları edilib və onların kibertəhlükəsizliyi pozulub. Bu təhlükəyə cavab olaraq, "Telecommunication systems, Inc" (TCS) şirkəti hərbi və telekommunikasiya sektorunda olan müştərilərin ən mühüm aktivlərin qorunması üçün kibertəhlükəsizlik üzrə təcrübəsini bölüşəcək.
Aynur Vəliyeva
Azərbaycanın innovativ iqtisadiyyata sürətlə keçidi USACC-ın diqqətini cəlb edib
Oktyabrın 7-də Vaşinqtonda Beynəlxalq Ticarət Mərkəzində "Şərq Qərbi qarşılayır: Cənubi Qafqazda və Türkiyədə biznesin aparılması" mövzusunda "Səfirlik gecəsi"- ("Embassy Night") keçiriləcək."ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbir çərçivəsində regionun nüfuzlu iş adamları və diplomatik rəsmiləri ilə məlumat mübadiləsi aparılacaq.
"USACC"-ın müşahidələrinə görə, Azərbaycan neft üzərində qurulmuş iqtisadiyyatdan informasiya texnologiyaları, kənd təsərrüfatı, turizm əsasında qurulmuş iqtisadiyyata sürətlə keçid nümayiş etdirir.
"Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya etmək üçün iqtisadi siyasət prinsiplərini aktiv inkişaf etdirir. Gürcüstan "Dünya bankının biznesin sərbəst aparılması" reytinqində 112-ci yerdən 9-cu yerədək yüksəlib və İslahatçılar Klubunun "Baş İslahatçı" adını alıb. Türkiyə Avropa ilə Yaxın Şərgin kəsişməsində inkişaf etmiş sənaye sektoruna malik olan, sürətlə inkişaf edən dünya iqtisadiyyatının əsas iştirakçısı olan ölkə olub və beynəlxalq şirkətlərin diqqətini cəlb edir. USACC-ın əsas məqsədi bu tədbir çərçivəsində bu ölkələrin regional imkanları haqda daha çox məlumat almaqdır", - deyə təşkilatdan bildiriblər.
Tədbir çərçivəsində bu ölkələrdə kibertəhlükəsizliyin təmin edilməsi üçün praktik təlimin keçirilməsi üzrə sessiya təşkil olunacaq, kibermühafizənin səviyyəsi müəyyən ediləcək. Bu ilin birinci yarısında dünyada çoxlu sayda hökumət, kommersiya və hərbi təşkilatlara şəbəkə hücumları edilib və onların kibertəhlükəsizliyi pozulub. Bu təhlükəyə cavab olaraq, "Telecommunication systems, Inc" (TCS) şirkəti hərbi və telekommunikasiya sektorunda olan müştərilərin ən mühüm aktivlərin qorunması üçün kibertəhlükəsizlik üzrə təcrübəsini bölüşəcək.
Aynur Vəliyeva
Baxış sayı: 1184
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib