12px13px15px17px
Tarix:01/09/14

Konfrans əlaqəyə maraq azalıb

“International Data Corporation” (IDC) tədqiqat şirkəti videokonfransların təşkili üçün korporativ avadanlıq bazarında vəziyyəti müşahidəyə davam edir. Qurğuların satışları rüblük hesablama üzrə artıb, amma illik üzrə azalıb.
 
“ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, 2014-cü ilin ikinci rübündə videokonfrans əlaqə sistemlərinin qlobal satış həcmi 482 milyon dollara çatıb ki, bu da ötən rüblə müqayisədə 1,8% daha yüksəkdir. Ötən ilin aprel-iyun ayları ilə müqayisədə 9% azalma qeydə alınıb. Konfrans əlaqə qurğularının satışı 2014-cü ilin birinci rübü ilə müqayisədə 7.2% artıb və 2013-cü ilin ikinci rübü ilə müqayisədə 5.5% artıb.
 
Regional baxış üzrə ikinci rübdə Şimali Amerikada videokonfransların təşkili üçün korporativ avadanlıq bazarında 6,8%-lik gəlir artımını qeyd etmək lazımdır. İllik hesablama üzrə şirkətlərin gəliri 12% azalıb. Yaxın Şərq, Avropa və Afrika ölkələrində müvafiq olaraq 5,4% və 4,1%-lik azalma qeydə alınıb.
 
Emil Hüseynov
 
 



Baxış sayı: 866

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024