Tarix:01/09/14
Səhifənin hazırlanması prosesində müştəri məmnunluğu və peşəkarlıq prinsipləri rəhbər tutulmuşdur. İstifadəçilər buradan “Azərkosmos”un fəaliyyəti, göstərdiyi xidmətlər, şirkətin sosial məsuliyyət siyasəti, “Azerspace-1” peykinin göstəriciləri və əhatə dairəsi barədə məlumat ala bilərlər.
Yenilənmiş səhifənin fərqli xüsusiyyəti onun daha müştəriyönümlü olmasıdır. Belə ki, səhifədəki müştəri alətləri hazırkı və gələcək müştərilərə və peykin siqnalını qəbul edən istifadəçilərə peykdən istifadəyə dair təlimatlarla tanış olmaq, azimut və qalxma bucağını müəyyən etmək, yerdəki antenaları düzgün şəkildə peykə doğru yönləndirmək və Günəş tutulması vaxtını əvvəlcədən müəyyən etmək imkanı verir.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
“Azərkosmos” ASC veb-səhifəsini yenilədi
“Azərkosmos” ASC-nin həm dizayn, həm də məzmun baxımından yenilənmiş rəsmi veb-səhifəsi istifadəçilərin ixtiyarına verilib.Səhifənin hazırlanması prosesində müştəri məmnunluğu və peşəkarlıq prinsipləri rəhbər tutulmuşdur. İstifadəçilər buradan “Azərkosmos”un fəaliyyəti, göstərdiyi xidmətlər, şirkətin sosial məsuliyyət siyasəti, “Azerspace-1” peykinin göstəriciləri və əhatə dairəsi barədə məlumat ala bilərlər.
Yenilənmiş səhifənin fərqli xüsusiyyəti onun daha müştəriyönümlü olmasıdır. Belə ki, səhifədəki müştəri alətləri hazırkı və gələcək müştərilərə və peykin siqnalını qəbul edən istifadəçilərə peykdən istifadəyə dair təlimatlarla tanış olmaq, azimut və qalxma bucağını müəyyən etmək, yerdəki antenaları düzgün şəkildə peykə doğru yönləndirmək və Günəş tutulması vaxtını əvvəlcədən müəyyən etmək imkanı verir.
Qeyd edək ki, Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC rəqəmli yayım, VSAT şəbəkələri və digər telekommunikasiya xidmətlərinin göstərilməsi üçün peyk tutumları təqdim edir. Ötən ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azərspace-1” peyki 46° Şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir.
Baxış sayı: 1229
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı