Tarix:02/09/14
Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platforma istifadəyə veriləndən sonra Bakı şəhərində internet resurslarına çıxış daha sürətli və yüksək keyfiyyətlə təmin ediləcək. Belə ki, ən böyük yüklənmə saatında eyni vaxtda onlayn rejimində şəbəkəyə qoşulan abunəçilərin sayının 250 minə çatdırılması nəzərdə tutulur.
Yeni platforma alternativliyi təmin edilməklə 100 Gbit/s-ə qədər informasiya daşınması sürətinə malik olacaqdır. Platforma avadanlıqları bu sahə üzrə çox böyük təcrübəyə malik, dünyada qabaqcıl yeri tutan İT şirkətin istehsalıdır.
Qeyd edək ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin IPv4 ünvan resurslarından daha geniş imkana malik IPv6 ünvan resursları platformasına keçidini təmin etməkdir.
E.Qədirov qeyd edib ki, hal-hazırda bütün dünyada internet resurslarının mərhələli şəkildə IPv4-dən IPv6-a keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda ilkin olaraq aparıcı mövqedə duran “Bakinternet” dövlət internet provayderi də öz platformasının gözlənilən dəyişikliyə hazırlığını təmin etməkdədir.
Qeyd edək ki, hazırda “Bakinternet” abunəçilərinin sayı 160 min nəfərdən, digər provayderlər üzrə isə 100 min nəfərdən çoxdur.
Rəvan Soltanov
Bakıda internet resurslarına çıxış daha sürətli və yüksəkkeyfiyyətli olacaq
Bakı Telefon Rabitəsi İstehsalat Birliyində “Bakinternet” internet xidmətinin mövcud provayder platformasının genişləndirilməsi işlərinə başlanılıb.Bu barədə birliyin baş mütəxəssisi Elman Qədirov məlumat verib. Onun sözlərinə görə, yeni platforma istifadəyə veriləndən sonra Bakı şəhərində internet resurslarına çıxış daha sürətli və yüksək keyfiyyətlə təmin ediləcək. Belə ki, ən böyük yüklənmə saatında eyni vaxtda onlayn rejimində şəbəkəyə qoşulan abunəçilərin sayının 250 minə çatdırılması nəzərdə tutulur.
Yeni platforma alternativliyi təmin edilməklə 100 Gbit/s-ə qədər informasiya daşınması sürətinə malik olacaqdır. Platforma avadanlıqları bu sahə üzrə çox böyük təcrübəyə malik, dünyada qabaqcıl yeri tutan İT şirkətin istehsalıdır.
Qeyd edək ki, mövcud platformanın genişlənməsində əsas hədəflərdən biri də gələcəkdə Azərbaycanda internet şəbəkəsinin IPv4 ünvan resurslarından daha geniş imkana malik IPv6 ünvan resursları platformasına keçidini təmin etməkdir.
E.Qədirov qeyd edib ki, hal-hazırda bütün dünyada internet resurslarının mərhələli şəkildə IPv4-dən IPv6-a keçirilməsi prosesi davam edir. Bu nöqteyi-nəzərdən Azərbaycanda ilkin olaraq aparıcı mövqedə duran “Bakinternet” dövlət internet provayderi də öz platformasının gözlənilən dəyişikliyə hazırlığını təmin etməkdədir.
Qeyd edək ki, hazırda “Bakinternet” abunəçilərinin sayı 160 min nəfərdən, digər provayderlər üzrə isə 100 min nəfərdən çoxdur.
Rəvan Soltanov
Baxış sayı: 1578
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib