Tarix:02/09/14
Bu fikri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov deyib. Onun sözlərinə görə, indiyədək elektron xidmətlər vasitəsilə 90 mindən çox müraciət icra edilib ki, bunun 68 mindən çoxu onlayn qaydada təmin edilib:
“Bu ilin aprel ayından başlayaraq komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər şəhər və rayonlarda xüsusi sosial təbəqədən olan vətəndaşların ünvanına çatdırılır. Yeni alınmış nəqliyyat vasitələri isə mobil ofis xidmətlərinin respublikanın bir regionunda deyil, artıq eyni vaxtda bütün şəhər və rayonlar üzrə göstərilməsini təmin edəcək. İndiyədək mobil ofislər vasitəsilə ölkə üzrə 10000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib”.
Rəis qeyd edib ki, qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət şəraitinin yüksəldilməsi, o cümlədən komitə tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır:
“Görülən işlərin nəticəsidir ki, 2014-cü ildə respublika üzrə 130 minə yaxın daşınmaz əmlak qeydiyyatdan keçib. Bu il ərzində 98 mindən çox yüklülüyə dair dövlət reyestrindən arayış verilib”.
Həqiqət İSABALAYEVA
Daşınmaz əmlaka dair “Forma-1”-in onlayn rejimdə alınması məmur-vətəndaş ünsiyyətini azaldıb
“Bu ildən etibarən daşınmaz əmlakın qeydiyyatı ilə bağlı onlayn xidmətlərin tətbiqi ərazi idarələrinə gediş-gəlişləri, məmur-vətəndaş ünsiyyətini kifayət dərəcədə azaldıb. Belə ki, vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışları (Forma-1) artıq onlayn rejimdə əldə edirlər. Eyni zamanda, digər onlayn xidmət vasitəsilə daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrində olan məlumatları internet vasitəsilə əldə etmək mümkündür. Bu xidmət sayəsində mülkiyyətçilər internet vasitəsilə rahat və çevik şəkildə sahibi olduğu daşınmaz əmlak barədə dövlət reyestrində qeydiyyata alınmış məlumatlarla tanış ola bilir”.Bu fikri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi Məhəmməd İmanov deyib. Onun sözlərinə görə, indiyədək elektron xidmətlər vasitəsilə 90 mindən çox müraciət icra edilib ki, bunun 68 mindən çoxu onlayn qaydada təmin edilib:
“Bu ilin aprel ayından başlayaraq komitənin mobil ofisləri vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər şəhər və rayonlarda xüsusi sosial təbəqədən olan vətəndaşların ünvanına çatdırılır. Yeni alınmış nəqliyyat vasitələri isə mobil ofis xidmətlərinin respublikanın bir regionunda deyil, artıq eyni vaxtda bütün şəhər və rayonlar üzrə göstərilməsini təmin edəcək. İndiyədək mobil ofislər vasitəsilə ölkə üzrə 10000-ə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib”.
Rəis qeyd edib ki, qeydiyyat prosesinin sadələşdirilməsi, ərazi idarələrində xidmət şəraitinin yüksəldilməsi, o cümlədən komitə tərəfindən həyata keçirilən maarifləndirmə və agahlıq tədbirləri qeydiyyat prosesini stimullaşdırır:
“Görülən işlərin nəticəsidir ki, 2014-cü ildə respublika üzrə 130 minə yaxın daşınmaz əmlak qeydiyyatdan keçib. Bu il ərzində 98 mindən çox yüklülüyə dair dövlət reyestrindən arayış verilib”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1385
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır