Tarix:25/08/11
İ.Mirzənin sözlərinə görə, "Twitter"in Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi "Barkamp" təşkilatının nümayəndələrinin "Twitter"in San-Fransiskodakı mənzil-qərargahına səfəri zamanı müzakirə mövzusu olub.
"Twitter" rəhbərliyi servisin Azərbaycan dilinə tərcüməsinə hazır olduğunu bildirib.
"Bu istiqamətdə işləri artıq bir neçə ay ərzində başa çatdırmaq nəzərdə tutulur. "Twitter"in Azərbaycan versiyasının yaradılması onun populyarlığını xeyli artıracaq", - Mirzə qeyd edib.
Hazırda servis rəsmən 12 dili dəstəkləyir: indoneziya, alman, ingilis, ispan, fransız, italyan, holland, portuqal, türk, rus, yapon və koreya. "Barkamp"ın layihə menecerinin sözlərinə görə, "Twitter"dən SMS ilə tam istifadə məsələsi də müzakirə mövzularından biri olub.
Bu, hazırda texniki dəstəyin olmaması səbəbindən qeyri-mümkündür. "Twitter" rəhbərliyi hesab edir ki, burada bilvasitə operatorlar və kontent provayderlər maraqlı olmalıdırlar.
"Dünyada mikrobloqinq servisi mobil qurğular istifadəçiləri arasında populyardır. Bu, mobil internetin keyfiyyətinin artırılması və buna uyğun olaraq həmin xidmətlər üçün tariflərin azaldılması məsələsini aktual edir. Tariflər isə təəssüf ki, indi bahadır.
"Twitter"in Azərbaycanda istifadəçilərinin sayı son ildə xeyli artıb. Təxmini hesablamalara görə, bu rəqəm 10 minə çatacaq", - o bildirib.
Bundan başqa, "Twitter" rəhbərliyi ilə lokal internet resursların, məsələn http://aztwi.com/-un inkişafına texniki dəstəyin göstərilməsi müzakirə olunub ki, onlar daha da çox inkişaf etsin.
Bununla bağlı sentyabrın sonuna Bakıda seminarın keçirilməsi planlaşdırılır. Seminarda "Twitter" şirkətinin nümayəndələrinin iştirakı gözlənilir.
"Twitter" Azərbaycan dilinə tərcümə ediləcək
"Twitter" mikrobloqunun servisi Azərbaycan dilinə uyğunlaşdırılacaq. Bu barədə "Barkamp" təşkilatının layihə meneceri İlqar Mirzə məlumat verib.İ.Mirzənin sözlərinə görə, "Twitter"in Azərbaycan dilinə uyğunlaşdırılması məsələsi "Barkamp" təşkilatının nümayəndələrinin "Twitter"in San-Fransiskodakı mənzil-qərargahına səfəri zamanı müzakirə mövzusu olub.
"Twitter" rəhbərliyi servisin Azərbaycan dilinə tərcüməsinə hazır olduğunu bildirib.
"Bu istiqamətdə işləri artıq bir neçə ay ərzində başa çatdırmaq nəzərdə tutulur. "Twitter"in Azərbaycan versiyasının yaradılması onun populyarlığını xeyli artıracaq", - Mirzə qeyd edib.
Hazırda servis rəsmən 12 dili dəstəkləyir: indoneziya, alman, ingilis, ispan, fransız, italyan, holland, portuqal, türk, rus, yapon və koreya. "Barkamp"ın layihə menecerinin sözlərinə görə, "Twitter"dən SMS ilə tam istifadə məsələsi də müzakirə mövzularından biri olub.
Bu, hazırda texniki dəstəyin olmaması səbəbindən qeyri-mümkündür. "Twitter" rəhbərliyi hesab edir ki, burada bilvasitə operatorlar və kontent provayderlər maraqlı olmalıdırlar.
"Dünyada mikrobloqinq servisi mobil qurğular istifadəçiləri arasında populyardır. Bu, mobil internetin keyfiyyətinin artırılması və buna uyğun olaraq həmin xidmətlər üçün tariflərin azaldılması məsələsini aktual edir. Tariflər isə təəssüf ki, indi bahadır.
"Twitter"in Azərbaycanda istifadəçilərinin sayı son ildə xeyli artıb. Təxmini hesablamalara görə, bu rəqəm 10 minə çatacaq", - o bildirib.
Bundan başqa, "Twitter" rəhbərliyi ilə lokal internet resursların, məsələn http://aztwi.com/-un inkişafına texniki dəstəyin göstərilməsi müzakirə olunub ki, onlar daha da çox inkişaf etsin.
Bununla bağlı sentyabrın sonuna Bakıda seminarın keçirilməsi planlaşdırılır. Seminarda "Twitter" şirkətinin nümayəndələrinin iştirakı gözlənilir.
Baxış sayı: 2066
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib