Tarix:02/09/14
Bundan əlavə, informasiya texnologiyalarının və elektron xidmətlərin sürətlə tətbiqi, komitənin tikilməkdə olan yeni İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi səmərəli elektron əmlak idarəçiliyi və qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) tezliklə istifadəyə verilməsi ölkə üzrə daşınmaz əmlakların vahid elektron məlumat və idarəetmə bazasının yaradılmasını təmin edəcək.
Bu fikri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Məhəmməd İmanov Beyləqanda keçirilən “Açıq qapı” günü - vətəndaş forumunda deyib.
“Açıq qapı” gününün məqsədi ərazi idarəsində daşınmaz əmlakın qeydiyyatı prosesi ilə əyani tanışlıq, vətəndaşlara, mətbuat nümayəndələrinə və digər iştirakçılara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək olub. “Açıq qapı” günü - vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. “Açıq qapı” günündə vətəndaşlar və mətbuat nümayəndələri ərazi idarəsində qeydiyyat prosesini əyani şəkildə izləyib və qeydiyyat prosedurları ilə yaxından tanış olublar.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani nümayiş etdirilib, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətləri barədə ətraflı məlumat verilib, istifadə qaydaları izah olunub. İndiyədək komitə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə və Xaçmaz ərazi idarələrində belə “Açıq qapı” günləri keçirilib.
Qeyd edək ki, hüquqi maarifləndirmə seminarının təşkili daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması məqsədi daşıyır. Belə maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində həyata keçirilir. Bu ilin yanvarında başlanan hüquqi maarifləndirmə tədbirləri il ərzində Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə və Xaçmaz rayonlarında da təşkil edilib.
Komitə tərəfindən belə maarifləndirici tədbirlər ilin sonunadək davam etdiriləcək.
Həqiqət İSABALAYEVA
Məhəmməd İmanov: “Elektron kadastr məlumat bazasının yaradılması qeydiyyat sisteminin inkişafına dəstək xarakteri daşıyır”
Daşınmaz əmlakın kadastrı sisteminin son illər sürətlə təkmilləşdirilməsi, elektron kadastr məlumat bazasının yaradılması qeydiyyat sisteminin inkişafına dəstək xarakteri daşıyır.Bundan əlavə, informasiya texnologiyalarının və elektron xidmətlərin sürətlə tətbiqi, komitənin tikilməkdə olan yeni İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi səmərəli elektron əmlak idarəçiliyi və qeydiyyat sisteminin formalaşdırılmasında mütərəqqi addımlardır. İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzinin (İTMİM) tezliklə istifadəyə verilməsi ölkə üzrə daşınmaz əmlakların vahid elektron məlumat və idarəetmə bazasının yaradılmasını təmin edəcək.
Bu fikri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Məhəmməd İmanov Beyləqanda keçirilən “Açıq qapı” günü - vətəndaş forumunda deyib.
“Açıq qapı” gününün məqsədi ərazi idarəsində daşınmaz əmlakın qeydiyyatı prosesi ilə əyani tanışlıq, vətəndaşlara, mətbuat nümayəndələrinə və digər iştirakçılara qeydiyyatla bağlı hüquqi prosedurları əyani çatdırmaq, yaradılmış rahat, çevik və modern xidmətləri nümayiş etdirmək olub. “Açıq qapı” günü - vətəndaş forumu “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq həyata keçirilib. “Açıq qapı” günündə vətəndaşlar və mətbuat nümayəndələri ərazi idarəsində qeydiyyat prosesini əyani şəkildə izləyib və qeydiyyat prosedurları ilə yaxından tanış olublar.
Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı iş prinsipi, hüquqi tələblər və zəruri sənədlər, habelə, sənədlərin qəbulu və hazırlanması qaydaları iştirakçılara əyani nümayiş etdirilib, həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətləri barədə ətraflı məlumat verilib, istifadə qaydaları izah olunub. İndiyədək komitə tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə və Xaçmaz ərazi idarələrində belə “Açıq qapı” günləri keçirilib.
Qeyd edək ki, hüquqi maarifləndirmə seminarının təşkili daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunması məqsədi daşıyır. Belə maarifləndirici tədbirlər Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı” Layihəsi çərçivəsində həyata keçirilir. Bu ilin yanvarında başlanan hüquqi maarifləndirmə tədbirləri il ərzində Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə və Xaçmaz rayonlarında da təşkil edilib.
Komitə tərəfindən belə maarifləndirici tədbirlər ilin sonunadək davam etdiriləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1222
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır