12px13px15px17px
Tarix:02/09/14

Analitik şirkət planşetlərin satış həcmi üzrə proqnozu azaldıb

Ardıcıl ikinci rübdür planşetlərə tələbat gözləniləndən az olur. “IDC” şirkətinin analitikləri planşet kompüter və hibrid qurğuların illik satış həcmini 233,1 milyon ədədədək azaldıb.

Bu, ötən ilin proqnozundan 6,5 faiz çoxdur, halbuki əvvəllər artım 12,1 faiz səviyyəsində proqnozlaşdırılıb.
 
Analitiklər qeyd edirlər ki, dünya bazarında ümumilikdə artımın zəifləməsinə baxmayaraq bir sıra regionlarda müsbət satış dinamikası müşahidə edilir. Şimali Amerika və Qərbi Avropada artım tamamilə dayansa da, dünyada artımın 12 faiz olacağı gözlənilir. Bu, ekran ölçüsü 8 düym təşkil edən planşetlər seqmentində qiymət artımı və inkişaf etməkdə olan ölkələrdə planşetlərin artmaqda olan populyarlığı ilə əlaqədardır. 2014-cü ildə inkişaf etmiş ölkələrin bazarlarında planşetin orta qiymətinin ekran ölçülərinin artması və mobil rabitəni dəstəkləyən planşetlərin yayılması sayəsində 373 dollar səviyyəsində sabitləşəcəyi halda dünyada qiymət ötən illə müqayisədə 10 faiz azalaraq 302 dollara enəcək.
 
Belə ki, Asiya-Sakit okean regionunda mobil rabitə üzrə səsli rabitəni dəstəkləyən planşetlərin satışda payı il ərzində 60 faiz artaraq 25 faizə çatıb. Bu regionun istifadəçiləri rabitə və multimedia əlavələri üçün universal qurğuya malik olmaq istəyirlər və bəziləri üçün belə qurğu smartfon yox, planşet hesab edilir, - "Computerworld www.osp.ru” yazır.
 
 



Baxış sayı: 1399

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






15 Oktyabr 2024

14 10 2024