Tarix:04/09/14
Seminarda Təhsil Nazirliyinin sektor müdiri Rüfət Əliyev, Milli Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Şamil Süleymanlı və layihənin sınaqdan keçirildiyi müddətdə konsaltinq xidməti göstərən Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, “Uşaqların Sağlamlığı Naminə Rusiya İttifaqı” ictimai hərəkatının rəhbəri akademik Vladimir Filipoviç Bazarnıy “Sağlam təhsil sinfi” layihəsinin təqdimatını keçiriblər.
“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanan “Sağlam təhsil - sağlam millət” layihəsi ötən ildən həyata keçirilməyə başlanılıb.
Layihə çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedaqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur. Ekspertlər ötən müddət ərzində 2500 şagird arasında monitorinqi başa çatdıraraq ilkin məlumatları təqdim ediblər.
Araşdırmalar əsasında Təhsil Nazirliyi “Sağlam təhsil” vasitələri üzrə normativ sənədlər hazırlayır. Bu vasitələrə aid olan binalar, mebellər, sinif tərtibatı, avadanlıq, ləvazimatlar və dərsliklər Milli Təhsil Texnologiya Mərkəzinin nəzdində yaradılmış tibbi-gigiyenik, gender və psixoloji-pedaqoji ekspertiza qrupu tərəfindən öyrəniləcək və tədricən tələblərə uyğun təkmilləşdiriləcək.
Beləliklə, təhsil texnologiyalarının şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına nail olunacaq. Nazirlikdən bildirilib ki, layihə çərçivəsində artıq ölkəmizin məktəblərində 12 “Sağlam Təhsil” sinfi yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayacaq. Şagirdlər arasında monitorinq işləri davam etdikcə “Sağlam Təhsil” siniflərinin sayı artırılacaq.
Yaxın zamanda “Sağlam Təhsil” məktəblərinin layihələrinin hazırlanması da nəzərdə tutulur. Layihələr hazır olduqdan sonra yeni məktəblər “Sağlam Təhsil”in tələblərinə uyğun tikiləcək.
Həqiqət İSABALAYEVA
Təhsil texnologiyalarının şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına nail olunacaq
Təhsil Nazirliyinin təşkilatçılığı ilə 132-134 nömrəli təhsil kompleksində “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində 106 məktəbin direktoru üçün seminar keçirilib.Seminarda Təhsil Nazirliyinin sektor müdiri Rüfət Əliyev, Milli Təhsil Texnologiyaları Mərkəzinin rəhbəri Şamil Süleymanlı və layihənin sınaqdan keçirildiyi müddətdə konsaltinq xidməti göstərən Rusiya Yaradıcı Pedaqogika Akademiyasının həqiqi üzvü, “Uşaqların Sağlamlığı Naminə Rusiya İttifaqı” ictimai hərəkatının rəhbəri akademik Vladimir Filipoviç Bazarnıy “Sağlam təhsil sinfi” layihəsinin təqdimatını keçiriblər.
“Təhsilin İnkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində hazırlanan “Sağlam təhsil - sağlam millət” layihəsi ötən ildən həyata keçirilməyə başlanılıb.
Layihə çərçivəsində müxtəlif məktəblərdə ayrı-ayrı yaş qrupları üzrə 10 000 şagird arasında davamlı tibbi-gigiyenik gender, psixoloji-pedaqoji monitorinqlərin keçirilməsi və mərhələlər üzrə hesabatların hazırlanması nəzərdə tutulur. Ekspertlər ötən müddət ərzində 2500 şagird arasında monitorinqi başa çatdıraraq ilkin məlumatları təqdim ediblər.
Araşdırmalar əsasında Təhsil Nazirliyi “Sağlam təhsil” vasitələri üzrə normativ sənədlər hazırlayır. Bu vasitələrə aid olan binalar, mebellər, sinif tərtibatı, avadanlıq, ləvazimatlar və dərsliklər Milli Təhsil Texnologiya Mərkəzinin nəzdində yaradılmış tibbi-gigiyenik, gender və psixoloji-pedaqoji ekspertiza qrupu tərəfindən öyrəniləcək və tədricən tələblərə uyğun təkmilləşdiriləcək.
Beləliklə, təhsil texnologiyalarının şagirdlərin sağlamlığına mümkün qədər az zərər vurmasına nail olunacaq. Nazirlikdən bildirilib ki, layihə çərçivəsində artıq ölkəmizin məktəblərində 12 “Sağlam Təhsil” sinfi yaradılıb və onlar yeni dərs ilindən fəaliyyətə başlayacaq. Şagirdlər arasında monitorinq işləri davam etdikcə “Sağlam Təhsil” siniflərinin sayı artırılacaq.
Yaxın zamanda “Sağlam Təhsil” məktəblərinin layihələrinin hazırlanması da nəzərdə tutulur. Layihələr hazır olduqdan sonra yeni məktəblər “Sağlam Təhsil”in tələblərinə uyğun tikiləcək.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 788
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır